Millimizin üzvü koronavirusa yoluxub

07.10.2020 | 5362 dəfə oxunub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fərid Nəbiyev Avropa çempionatının seçmə oyunlarına hazırlaşan komandanın toplanışında iştirak edə bilməyəcək.

Stadium.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, səbəb Çexiyanın “Viktoriya Jijkov” klubunda çıxış edən yarımmüdafiəçinin koronavirusa yoluxmasıdır. Nəbiyevdən klubun düşərgəsində götürülmüş COVID-19 testi müsbət çıxıb. Bu səbəbdən, gənc oyunçu Çexiyadan Slovakiyaya yollanmayıb.

Nəbiyev milli komandaya bu gün Slovakiyada qoşulmalı idi.

Azərbaycanlı futbolçu ilə yanaşı "Viktoriya Jijkov" klubunun fiziki hazırlıq üzrə məşqçisi Karel Frid və adı açıqlanmayan daha bir futbolçuda da infeksiya aşkarlanıb. Bu barədə yerli "expres.cz" saytına açıqlamasında K.Fridin özü məlumat verib. O bildirib ki, əvvəlcə bir nəfərin testi müsbət çıxıb: "Şənbə günü növbəti dəfə bizdən analiz götürdülər və daha 2 nəfərin yoluxduğu məlum oldu. Halbuki, klubda hər gün dezinfeksiya işləri aparılır. Bütün təlimatlara əməl olunur. Toplar, stadion, otaqlar dezinfeksiya edilir".

Dad və qoxu bilmə hissini itirdiyini söyləyən Frid oktyabrın 13-dək karantində qalacaqlarını söyləyib.

U-21 millisi Slovakiya ilə oktyabrın 8-də Nitra şəhərində görüşməlidir. Oktyabrın 13-də isə yığma Qori şəhərində Gürcüstanın qonağı olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail