Kuman Luis Suaresə özünə yeni komanda tapmağı tapşırıb

25.08.2020 | 8115 dəfə oxunub

“Barselona”nın futbolçusu Luis Suaresin komandadan göndəriləcəyi ilə bağlı növbəti xəbər yayılıb. Stadium.Az İspaniyanın “Rac1” radiosuna istinadən xəbər verir ki, yeni baş məşqçi Ronald Kuman 33 yaşlı hücumçuya zəng vuraraq, onu növbəti mövsüm üçün komandada düşünmədiyini deyib.

Bundan əlavə, uruqvaylı oyunçu Kataloniya klubunun təlim-məşq toplanışı haqda heç bir bildiriş almayıb. Tezliklə “Barselona”nın vəkillərinin Suareslə görüşəcəyi və onun 2021-ci ildə başa çatacaq müqaviləsinə xitam verəcəkləri bildirilib.

Bundan əvvəl futbolçunun 2007/11-ci illərdə çıxış etdiyi “Ayaks”a qayıdacağı  barədə xəbərlər yayılmışdı. Suares "Barselona"ya 2014-cü ildə "Liverpul"dan keçib.

Luislə hazırda onun keçmiş komandası "Ayaks" və PSJ-nin maraqlandığı iddia edilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail