Maks hamını qabaqladı

17.08.2020 | 8303 dəfə oxunub

Azərbaycan çempionatlarında eyni klubda ən çox oyun keçirən futbolçu müəyyənləşib. Stadium.Az xəbər verir ki, bu, "Qarabağ"ın və Azərbaycan millisinin futbolçusu Maksim Medvedevdir.

31 yaşlı müdafiəçi “Qarabağ”ın heyətində 285 dəfə Premyer Liqa matçına çıxıb. Onun sabiq komanda yoldaşı Aslan Kərimov Ağdam təmsilçisində 268 görüşdə iştirak edib. İlk “üçlüy”ü “Xəzər Lənkəran”da 254 oyunda forma geyinən Rahid Əmirquliyev qapayır. Lakin Maksimdən fərqli onun hər iki izləyicisi ayrı-ayrı illərdə digər klublarda da oynamağa imkan tapıb.

Bir komandada ən çox oyun keçirən 10 futbolçunun siyahısında “Qarabağ”ın futbolçuları çoxluq təşkil edir. Ağdamlıların 6 oyunçusu bu siyahıya düşüb. “Turan”da iki, “Viləş”lə “Xəzər Lənkəran”da bir futbolçu fərqlənib.

İlk “onluq”da yeganə legioner Ansi Aqollidir. “Qarabağ”ın albaniyalı müdafiəçisinin aktivində 223 matç var.

İlk 10 sırada yer alanlardan yalnız Maksim Medvedev indi də eyni komandanın şərəfini qoruduğundan nəticəsini daha da artıra bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail