Zidan açıqladı: Beyl "Real"dan gedir
"Real"ın yarımmüdafiəçisi Qaret Beyl bu yay komandadan ayrılacaq. Stadium.Az "ESPN" nəşrinə istinadən yaydığı xəbərə görə, bu barədə "kral klubu"nun baş məşqçisi Zinəddin Zidan Beynəlxalq Çempionlar Kubokunun "Bavariya" ilə oyunundan (1:3) sonra jurnalistlərə açıqlamasında məlumat verib.
Uelsli futbolçunun Münhen klubuna qarşı oynamamasının səbəbi haqda danışan fransız mütəxəssis bunun 28 yaşlı oyunçunun mümkün gedişi ilə bağlı olduğunu bildirib:
"Beyl oynamadı, çünki komandadan ayrılmağa çox yaxındır. Ümid edirik ki, o, tezliklə gedəcək. Bu, hər iki tərəf üçün də ən yaxşı qərar olacaq. Biz onun başqa komandaya transferi üzərində işləyirik. Mənim onunla şəxsi heç bir problemim yoxdur. Amma artıq lazım olanı etməyin vaxtı çatıb. Qərar verməli, dəyişiklik etməliyəm. Onun gedişi baş məşqçinin qərarıdır. Eyni zamanda, futbolçu özü də komandadakı vəziyyətini başa düşür. Deyə bilmərəm, bu, bir və ya iki sutka çəkəcək, ancaq tezliklə hər şey həllini tapacaq. Bu isə hər iki tərəf üçün yaxşı haldır".
"Real"ın Beylə görə 80 milyon avro təzminat istədiyi bildirilir. Futbolçunun sabiq klubu "Tottenhem"ə keçəcəyi gözlənilir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |