Qriqorçukun "Astana"ya qayıdışı dəqiqləşdi

03.01.2019 | 5412 dəfə oxunub

"Astana"nın baş məşqçisi Roman Qriqorçukun Qazaxıstan klubuna qayıdacağı tarix müəyyənləşib. Stadium.Az "Kazfootball.kz" saytına istinadən xəbər verir ki, ukraynalı mütəxəssis yanvarın 15-dən etibarən komandanın sükanı arxasında olacaq.

Bu barədə klubun prezidenti vəzifəsindən yenicə ayrılan Sayan Hamitjanov məlumat verib. O, bildirib ki, Qriqorçuk baş məşqçi, hazırda onun səlahiyyətlərini icra edən Qriqori Babayan isə köməkçi olacaq:

"Roman Qriqroçuk, "Astana"nın baş məşçisi yanvarın 15-dən etibarən komandanın Birləşmiş Ərəb Əmirliklərində keçəcəyi təlim məşq toplanışında öz vəzifəsinin başında olacaq. Babayan isə əvvəlki kimi köməkçi-məşqçi funksiyasını yerinə yetirəcək. Qriqorçukun yoxluğunda heç bir mütəxəssislə danışıq aparmamışıq. Bizim Babayan və Qriqorçuk kimi məşqçilərimiz var, nəyə görə yenisini axtarmalıyıq?".

2015-2018-ci illərdə "Qəbələ"ni də çalışdırmış Qriqorçuk ötən ilin avqust ayında şəxsi məsələlərini əsas gətirərək, "Astana"nı müvəqqəti olaraq tərk etmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail