Prezident: "..."Astana” klub olaraq dağılacaq"

14.12.2018 | 4864 dəfə oxunub

Millimizin üzvü Riçard Almeydanın çıxış etdiyi "Astana” maliyyə problemləri ilə üzləşib. Stadium.Az xəbər verir ki, bu barədə Qazaxıtan klubunun müvəqqəti çalışdırıcısı Qriqori Babayan Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda səfərdə "Renn”ə uduzduqları (0:2) oyundan sonra deyib. 

O bildirib ki, maliyyə çətinliyi komandanın çıxışına da təsir edir:

"Artıq neçənci ildir ki, mövsümün sonunda maliyyə problemləri ilə üzləşirik. Hazırda klubun futbolçulara böyük mükafat borcu var.  Bəhanə etmək istəmirəm, məşqçi kimi məsuliyyət mənimdir. Ancaq ödənişlər gecikəndə futbolçular əsəbiləşir, onların oyununa da mənfi təsir edir".

"Astana”nın prezidenti Sayan Hamitcanov da klubda maliyyə problemləri olduğunu təsdiqləyib: "Həqiqətin gözünə baxmaq lazımdır. "Astana”nın bazası yoxdur, stadionumuza UEFA tərəfindən xeyli irad var. Son 4 ildə klubun büdcəsi dəyişməyib. Amma bu müddətdə komandanın səviyyəsi xeyli yüksəlib. Səhmdarlar qısa zamanda maliyyə və infrastrukturla bağlı təbir görməsələr, klubun son illər avrokuboklarda əldə etdiyi uğurlar tarixdə qalacaq və "Astana” klub olaraq dağılacaq".

Avropa Liqasında K qrupunda çıxış edən "Astana" "Renn"ə uduzaraq mübarizəni dayandırıb



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail