Konte: "Qarabağ"a uduzma ehtimalını da nəzərə almaq lazımdır”
Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin I turunda "Çelsi" “Qarabağ”ı qəbul edəcək. Stadium.Az xəbər verir ki, "zadəganlar"ın baş məşqçisi Antonio Konte oyundan əvvəl təşkil edilən mətbuat konfransında “Qarabağ”a qarşı oynamağın heç də asan olmadığını bildirib:
"ÇL-in qrupunda ilk dəfə iştirak etsə də, orda çox yaxşı oyunçular var. İtaliya yığmasının baş məşqçisi olanda Azərbaycan millisi ilə qarşılaşmışam. Orda çox yaxşı oyunçular tanıyıram. Realist olsaq, onlara qarşı oynamaq heç də asan olmayacaq. Uduzma ehtimalını da nəzərə almaq lazımdır”.
Konte deyib ki, ÇL-də bütün matçlarda qalib gəlməyə çalışmalıdırlar. O, görüşdən bir gün öncə start heyətini açıqlamağı da lazım bilməyib:
“Məşqçiliklə müqayisədə, futbolçu kimi ÇL-də böyük təcrübəm var. Bu yarışda iştirak etdiyimiz üçün qürur duymalıyıq. Burada hər oyunda qalib gəlməyə çalışmalıyıq. İngiltərə Premyer Liqasının sonuncu turunda “Lester”lə keçirdiyimiz oyun “Qarabağ”la görüş üçün heyət seçimimə təsir edəcək.
Start heyətini indidən açıqlamaq mümkün deyil. Bu, böyük risk olardı. Çünki daha sonra dəyişikliklər baş verə bilər”.
Sentyabrın 12-də keçiriləcək "Çelsi" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |