Amerika Milli Basketbol Assossiyası müntəzəm çempionatında ən çox maraqla gözlənilən "Cleveland Cavaliers" və "Golden State Warriors" arasındakı qarşılaşması idi.
Stadium.az xəbər verir ki, xala-xal prinsipi ilə keçən oyunun ilk hissəsində qonaq "Golden State" fəal təsir bağışlayıb. Daim hesabda önə çıxan komanda ilk periodu 27:25, ikincini 55:52 öndə tamamlayıb və qonaqlar böyük fasiləyə bu hesabla yollanıblar.
Üçüncü 12 dəqiqəlik müddətin əvvəlində meydan sahibləri hesabı bərabərləşdirməyə də müvəffəq olublar. Lakin "Qolden Steyt" sona yaxın xal arasındakı fərqi 7-ə yüksəldərək periodu 87:80 üstün tamamlayıb. Yekun periodun əvvəlində fərqi 14-ə kimi artıran qonaqların arxayınlaşmasından istifadə edən çempion Kavaliers ard arda qazanılan xallarla matçda qalib gəlib. "Clevland Cavaliers" 109, "Golden State Warriors" 108.
Oyunun ən məhsuldar oyunçusu "Golden State"dən Kevin Dürant olub. O, 36 xal, 15 ribaund və 3 məhsuldar ötürmə ilə diqqət çəkib.
Hazırda "Clevland" Şərq konfransında, "Golden State" isə Qərb konfransında ilk pillədə liderdir.