"Neftçi"nin mənə 80 min dollar borcu var"
"Neftçi"nin sabiq qapıçısı Saşa Stamenkoviç müsahibəsində bir sıra maraqlı faktların üstünü açıb. Serbiyalı qolkiperin həmin açıqlamalarını təqdim edirik:
"Azərbaycanı tərk edəndə Elnur Məmmədovla Mübarizə Xudiyev mənə zəng etməyə başladılar. Mənə dedilər ki, borcunun qaytarılmasını təşkil edə bilərik. Lakin bir şərtlə ki, onun yarısı sənə, yarısı bizə çatacaq.
Mənə elə gəlir ki, Çingiz Abdullayev onların mənimlə söhbətindən xəbərsizdir. Fikrimcə, Məmmədovla Xudiyev bunu Müşahidə Şurasından gizlin ediblər. Yaxşı ki, bir müddət öncəki tənqidlərimdən sonra onlara mane olan şəxsləri komandadan uzaqlaşdırdılar. Həmin vaxt mən Çingiz Abdullayev barədə pis heç nə deməmişdim. Sözlərimi səhv yozdular. Bu isə mənim səhvim deyildi. Ümid edirəm ki, yeni rəhbərlik əvvəlkilərin səhvini düzəldəcək və mənim də borcumu qaytaracaqlar. "Neftçi"də layiqli mübarizə aparmışam, komanda ilə 2 çempionluq, 2 kubok qazanmışam, Avropa Liqasının qrup mərhələsində oynamışam. Hazırda da bu klubda hər şeyin qaydasında olması mənim üçün vacibdir".
Qolkiperin sözlərinə görə, Məmmədov Müşahidə Şurasından hər şeyi gizlin saxlayırmış: "Klubda hər kəs çalışırdı. Bircə Məmmədov ziyan vururdu, yalan danışırdı. Əminəm ki, Abdullayevdən də hər şeyi gizlin saxlayıb. Əks halda bu klubda belə vəziyyət yaranmazdı. Ümid edirəm ki, "Neftçi" yaxın gələcəkdə əvvəlki şöhrətini bərpa edəcək".
"Sizə Məmmədovun mənə göndərdiyi müqavilənin surətini də yollayıram. Burada klubun mənə 8 aylıq borcunun olduğu göstərilib. Aylıq isə 10 000 dollardır. Bütövlükdə, 80 000 dollar edir. Bu, "Neftçi"nin mənə olan borcudur. Amma mən həmin müqaviləni imzalamaq istəmədim. Çünki onlar bu məbləği klubdan aldıqdan sonra onun sadəcə, 40 minini mənə verəcəkdilər. Qalan məbləğ isə Məmmədovla Xudiyevin cibinə gedəcəkdi. Amma mən kluba qarşı dürüst oldum və buna getmədim. Ona görə də bütün bu məbləği haqq edirəm". (azerisport)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |