AVRO-2016-da yeni futbol qaydaları
Bu gün Fransada başlanacaq Avropa çempionatı həm də futbolda tətbiq edilən yeni qaydaların icra ediləcəyi ilk böyük turnir olacaq.
Stadium.Az xəbər verir ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurası tərəfindən qəbul edilən bu qərar 2016-cı ilin iyunun 1-dən qüvvəyə minib.
Qərara əsasən, start fitindən sonra topu əvvəlkitək ancaq qabağa deyil, meydanın istənilən istiqamətinə vura biləcək. Bundan başqa, zədələnən futbolçuya meydanın içində təcili tibbi yardım göstərilməsinə icazə veriləcək. Bu o halda baş verəcək ki, futbolçuya xəsarət yetirən rəqib oyunçuya qırmızı və ya sarı vərəqə göstərilsin. Bu qərar ona görə qəbul olunub ki, futbolçu zədə səbəbindən meydanı qısa müddətə də olsa tərk etsə, qaydanı pozan komanda say üstünlüyü qazanmasın.
Bundan başqa, bu turnirdə artıq iki ildir sınaqdan keçirilən başqa bir qərar qüvvəyə minəcək. Yeni qaydaya əsasən, buna qədər cərimə meydançası daxilində sonuncu ümid foluna görə hakimlərin tətbiq etdiyi cəzaya dəyişiklik edilir. Əvvəllər belə qayda pozuntusuna görə penalti verilir və qaydanı pozan futbolçu birbaşa qırmızı vərəqə alaraq oyundan çıxarılırdı. Yeni qərara görə isə əgər cərimə meydançası daxilində qapıçı və ya digər oyunçu bilərəkdən qaydanı pozmazsa, əvvəlkitək qırmızı deyil, sarı vərəqə alacaq. Sonuncu ümid folu zamanı bilərəkdən qaydanı pozan oyunçuya isə əvvəlitək qırmızı vərəqə göstəriləcək.
UEFA-nın hakimlərlərlə iş üzrə baş ofiseri Pyerluici Kollina bildirib ki, təmsil etdiyi qurum uzun illər bu qaydanın tətbiqi üzərində çalışıb: “Bu qərar futbolda ədaləti daha da bərpa edəcək. Penalti, qırmızı vərəqə və futbolçunun sonrakı oyunlar üçün diskvalifikasiyası çox ağır cəza idi. Axı, futbolçu meydanda rəqibə qarşı bilərəkdən kobudluq etmək istəməyib. Yeni qaydada penalti qazanan komandaya qol vurmaq imkanı yenidən verilir”.
“Avro-2016”da həmçinin Avropa çempionatları tarixində ilk dəfə topun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirmək üçün xüsusi texnologiyadan istifadə ediləcək. P.Kollina bildirib ki, bu məsələdə kompüter sistemi ilə yardımçı hakimlər birgə çalışacaqlar: “Qapı xətti yaxınlığında işləyən hakimlərin başlıca vəzifəsi topun qapı xəttini keçib-keçmədiyinı aydınlaşdırmaq yox, cərimə meydançası daxilində baş verən mübahisəli epizodlar zamanı doğru qərar çıxarmaq üçüb əsas hakimə kömək etmək olacaq. Texnologiya isə yalnız topun qapı xəttini keçməsi ilə bağlı məsələni müəyyənləşdirəcək. Bu zaman yardımçı hakimlərin əsas diqqəti cərimə meydançasında baş verənlərə yönələcək. Çünki bura meydanın çox vacib hissəsidir”.
|
||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |