Hacı Əliyev: "Onların öhdəsindən gələ biləcəyəm"
"Artıq 2 həftədir təlim-məşq toplanışındayıq. Məşqlərimiz hər cəhətdən yaxşıdır. Problemsiz hazırlaşırıq. Olimpiadaya az qalıb. İnanıram ki, Braziliyada yaxşı nəticə göstərə biləcəyik".
Goal.az xəbər verir ki, bunu açıqlamasında Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək sərbəst güləşçi Hacı Əliyev deyib.
Olimpiadada ilk dəfə çıxış edəcək və digər yarışlardan fərqli olaraq, 57 kq çəki dərəcəsində mübarizə aparacaq H.Əliyev yeni çəkinin onun üçün problem olmayacağını bildirib: "Qeyri-olimpiya yarışlarında 61 kq-da çıxış edirdim. 57 kq mənim üçün yeni olacaq. Ancaq bu çəkidə çıxış etmək mənim üçün çətin olmayacaq".
Rəqiblərinin hamısını tanıdığını deyən 25 yaşlı pəhləvan daha çox Rusiya, İran və Gürcüstan təmsilçilərini qeyd edib: "Onlar digərlərinə nisbətən daha güclüdür. İran və Rusiya idmançıları ilə görüşməmişəm, ancaq mənə elə gəlir ki, onların öhdəsindən gələ biləcəyəm. Əlimdən gələni edəcəyəm ki, qələbə qazanım. İlk dəfə olimpiadada çıxış edəcəyəm. Düşünürəm ki, debütdə qızıl medal olsa, yaxşı nəticə olar. Söz vermişəm və əlimdən gələni edəcəyəm. Dayanmadan əziyyət çəkirik. Hər məşq mənə olimpiada kimi görünür. Mən də əlimdən gələni edirəm ki, zədəsiz, problemsiz gedib orada yaxşı iştirak edim".
Qeyd edək ki, Hacı Əliyev son 2 dünya çempionatında və 2014-cü il Avropa çempionatında qızıl medal qazanıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |