"Qarabağ" 1000-i keçdi

31.03.2016 | 3448 dəfə oxunub

“Qarabağ” Azərbaycan çempionatları tarixində 1000-ci qolunu vurub. Stadium.Az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XXVII turunun “Rəvan”la ev oyununa təsadüf edib. Paytaxt klubu ilə görüşədək rəqib qapılarından 998 top keçirən Ağdam təmsilçisinin tarixi qolunu Muarem Muarem vurub. Makedoniyalı komandasının 5:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada “Qarabağ”ın 2-ci, klub tarixində isə 1000-ci qolun müəllifi olub.

Maraqlıdır ki, ağdamlıların 900-cü qolunu da Muarem vurmuşdu. O, 703 gün əvvəl “Neftçi” ilə qarşılaşmada buna nail olub.

İlk qolunu 1992-ci ildə Sabirabad “İnşaatçı”sının qapısından keçirən “Qarabağ”ın tarixinə 1-ci qolun müəllifi kimi Mehman Alışanov düşüb.

Azərbaycan çempionatları tarixində “Neftçi”dən sonra 1000-i arxada qoyan 2-ci komanda olan “Qarabağ” “Rəvan”la görüşdə 5:1 hesablı qələbəylə qol sayını 1003-ə də çatdırıb. Bunların 593-ü ev, 395-i səfər, 15-i neytral meydanda vurulub. İndiyədək 684 matç keçirən, bunların 21-də texniki nəticə qeydə alınan “Qarabağ”ın orta məhsuldarlığı 1,51-ə bərabərdir. (PFL)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail