Rəsul Çunayev dünya reytinqində yenə də birincidir
Dünya Güləş Birliyi 2016-cı ilin yanvar ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyasını açıqlayıb.
Stadium.az xəbər verir ki, Yunan-Roma güləşi üzrə reytinq siyahısında ötən ay yer alan 12 güləşçimizin mövqeyində dəyişiklik baş verməyib. Avropa Oyunlarının qızıl medalçısı, Las Veqasda keçirilən Dünya çempionluğuna yiyələnən Rəsul Çunayev reytinqdəki liderliyini saxlayıb. Mövqeyini dəyişməyən daha bir güləşçimiz son Dünya çempionatının gümüş medalçısı Rövşən Bayramov olub. O reytinqdə ikinci sıradadır. Öz çəkisində reytinqin ikincisi olan digər bir güləşçimiz isə Saman Təhmasibidir. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsinin qalibi olan Sabah Şəriəti də reytinqdəki mövqeyini saxlayıb.
Bundan başqa, daha 4 yunan-Roma güləşçimiz ilk onluqda mövqelərini qoruyub. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsinin mükafatçıları Elvin Mürsəliyev (75 kq) və Rafiq Hüseynov (80 kq) 6-cı, Həsən Əliyev (66 kq) 9-cu, İslam Abbasov (85 kq) isə 10-cu sıradadır.
59 kq
2. Rövşən Bayramov - Dünya çempionatı 2-ci yer (2)
12. Elman Muxtarov - Avropa Oyunları 3-cü yer (12)
66 kq
9. Həsən Əliyev - Qızıl Qran Pri 3-cü yer (12)
18. Kamran Məmmədov - Qızıl Qran Pri 2-ci yer (nr)
71 kq
1. Rəsul Çunayev - Dünya çempionatı 1-ci yer (1)
75 kq
6. Elvin Mürsəliyev - Qızıl Qran Pri 3-cü yer (5)
80 kq
6. Rafiq Hüseynov - Qızıl Qran Pri 2-ci yer (2)
85 kq
2. Saman Təhmasibi - Dünya çempionatı 3-cü yer (4)
10. İslam Abbasov - Qızıl Qran Pri 3-cü yer (13)
98 kq
17. Şalva Qadabadze - Qızıl Qran Pri 1-ci yer (nr)
18. Orxan Nuriyev - Paris Qran Pri turniri 3-cü yer (18)
130 kq
4. Sabah Şəriəti - Qızıl Qran Pri 1-ci yer (5)
Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |