Cüdo üzrə dünya çempionatı Bakıda keçirilə bilər

07.01.2016 | 4777 dəfə oxunub

Azərbaycan cüdo üzrə dünya çempionatını keçirməyə namizədliyini irəli sürüb.

Stadium.Az xəbər verir ki, bunu “tvitter” sosial şəbəkəsində Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer açıqlayıb.

2018 və 2019-cu ildə təşkil olunacaq dünya çempionatları üçün artıq 5 şəhər rəsmi təklif göndərib. Vizerin sözlərinə görə, mundiala ev sahibliyi etməkdə Azərbaycan da iddialıdı: “Paris, Tokio, Kazan, Bakı və Qahirə artıq bizə müraciət edib. Həmçinin, Hyustonun da onlara qoşulması istisna deyil”.

Dünya çempionatının paytaxtımızda keçirilib-keçirilməyəcəyinə isə tezliklə aydınlıq gələ bilər. Məhz bu məsələni və ölkəmizdə cüdonun gələcəyini müzakirə etmək üçün Vizerin bu gün Bakıya rəsmi səfəri başlayacaq. Saat 16:00-da paytaxtımızda olacaq beynəlxalq qurumun rəhbəri Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevlə görüşəcək. Onların cüdonun inkişafı üçün fikir mübadiləsi aparacağı da planlaşdırılır.

Dünya çempionatı Bakıya verilərsə, Azərbaycan tarixində ilk olacaq. Çünki paytaxtımız indiyədək boks, güləş, gimnastika və bir neçə növ üzrə mundiala ev sahibliyi etsə də, cüdoda belə hal yaşanmayıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail