Azərbaycan çempionatının başa çatmasına iki tur qaldı
Respublika Şahmat Mərkəzində keçirilən kişilər arasında Azərbaycan çempionatının (birinci dəstə) başa çatmasına 2 tur qalıb.
Stadium.az xəbər verir ki, yeddinci turda Rəşad Zeynallı və Elvin Bayramov qarşılaşması birinci tərəfin xeyrinə başa çatıb. Əhməd Əhmədzadə isə Ramil Cavadov üzərində qələbə qazanıb. Məhəmməd İsmayılov və Cahangir Niftəliyev sülh bağlayıblar. Bu turda digər heç-heçə ilə nəticələnən oyunlar Kənan Qarayev və Nərmin Söyünlü, Mirmusa Feyziyev və Elnur Mehtiyev arasında qeydə alınıb. Andrey Mustafin Çingiz Rzayevi, Fariz Əhmədov isə Fərid Mustafayevi məğlub edib. Fərid Aslanov qara fiqurlarla Zeynal Eyyubov üzərində qələbə qazanıb. Telman Feyzullayev isə Ramis Bağırovu məğlub etməyə müvəffəq olub.
Beləliklə, 7 turdan sonra Əhməd Əhmədzadə və Rəşad Zeynallı hərəyə 5 xal toplayaraq turnir cədvəlinə liderlik edirlər. Elvin Bayramov, Ramil Cavadov və Andrey Mustafin 4,5 xal toplayaraq 3-5-ci yerləri bölüşdürürlər. Çingiz Rzayev, Cahangir Niftəliyev, Fariz Əhmədov və Məhəmməd İsmayılov 4 xal toplayaraq ilk onluqda qərarlaşıblar.
Yarışda ilk üç yerləri tutan şahmatçılar 2016-cı il Azərbaycan çempionatının yüksək dəstəsində oynamaq hüququ qazanacaqlar.
Çempionat İsveçrə sistemi ilə 9 turdan ibarət olaraq keçirilir və dekabrın 5-də başa çatacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |