"Bakı-2015" Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq edir
İyunun 12-də start götürəcək Avropa Oyunlarından əvvəl, Bakı 2015 Bakıda sürücülər və piyadalar üçün yol hərəkəti təhlükəsizliyini təbliğ etmək məqsədilə, Nəqliyyat Nazirliyinin yeni təşəbbüsünü dəstəklədiyini bəyan edir. Stadium.Az xəbər verir ki, yol hərəkəti təhlükəsizliyi məsələləri barədə ictimai məlumatlılığı artırmaq məqsədi daşıyan kampaniya, sürücüləri və piyadaları təhlükəsizlik qaydaları haqqında təlimatlandırmaq üçün təşkil olunur.
Bu kampaniya sürücüləri və piyadaları mövcud yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl etməyə, sürücüləri xüsusi olaraq sürət həddini aşmaqdan, nəqliyyat vasitəsini aqressiv idarə etməkdən yayınmağa və təhlükəsizlik kəmərini bağlamağa həvəsləndirmək məqsədi daşıyır. Piyadalara isə, yolu yalnız piyadalar üçün müəyyən olunmuş xüsusi piyada keçidlərindən istifadə edərək və müvafiq nişanlara əməl edərək keçmək lazım olduğu xatırladılır.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) bu yeni təşəbbüsə dəstəyini şərh edən BAOƏK-in Nəqliyyat şöbəsinin direktoru cənab Panayotis Protopsaltis qeyd edib: “Biz, Nəqliyyat Nazirliyinin Bakıda yol təhlükəsizliyini təbliğ etmək üçün irəli sürdüyü yeni təşəbbüsünü dəstəkləyirik və sürücülər və piyadalar arasında yollarda təhlükəsiz hərəkət barədə məlumatlılığı artırmaq məqsədilə Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq edəcəyimizə ümid edirik”.
Nəqliyyat Nazirinin müavini Musa Pənahov isə qeyd edib: “Bakı 2015 İlk Avropa Oyunlarına hazırlıq işləri çərçivəsində Bakı şəhərinin yol-nəqliyyat infrastrukturu əsaslı surətdə təkmilləşdirilib. Yeni tikilmiş və təmir olunmuş yollar, yeni alınmış nəqliyyat vasitələri idmançıların, rəsmi heyətlərin və tamaşaçıların rahat və təhlükəsiz daşınmasına şərait yaratmaqla yanaşı, Bakı şəhərinə bir miras olaraq qalacaq və şəhərimizə xidmət edəcəkdir. Görülən işlər çərçivəsində yol hərəkəti iştirakçılarının maarifləndirilməsi və yol hərəkəti təhlükəsizliyinin təbliği baxımından Nəqliyyat Nazirliyivə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən birgə həyata keçirilən Nəqliyyat Kommunikasiya Kampaniyası xüsusi əhəmiyyətə malikdir”.
Kampaniya çərçivəsində, yol hərəkəti təhlükəsizliyi haqqında social çarxlar da hazırlanmışdır və bu çarxlar milli televiziya kanalları tərəfindən də nümayiş etdirilir. Bu videolar, eyni zamanda, Bakıdakı avtobus dayanacaqlarında və şəhərdə quraşdırılmış böyük monitorlarda da göstərilir.
Əlavə olaraq, kampaniyanı təbliğ edən afişalar şəhərdəki reklam lövhələrinə və avtobus dayanacaqlarına yerləşdirilir və Facebook social şəbəkəsində də paylaşılır.
Bununla yanaşı, Bakının müxtəlif ərazilərində yol hərəkəti təhlükəsizliyini təbliğ edən komandalar kampaniyaya cəlb olunmuşdur ki, onlar sürücülər və piyadalarla söhbətləşərək onları yollarda daha təhlükəsiz olmağa çağırır və yol təhlükəsizliyinin bütün məqamları haqqında məlumatlandırır.
Nəqliyyat Nazirliyi, tamaşaçıları Oyunlar zamanı idman arenalarına gedərkən şəxsi avtomobillər əvəzinə şəhər boyunca fəaliyyət göstərəcək təkmilləşdirilmiş ictimai nəqliyyat xidmətlərindən istifadə etməyə çağırır.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |