Komandamızın üzvü Fransada çempion oldu
Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku” Fransada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı "Le Tour de Bretagne" veloyürüşündə mübarizə aparır. Stadium.Az xəbər verir ki, 7 mərhələli yarışın ötən gün keçirilən 172 km-lik 2-ci mərhələsi komandamızın üzvü Matey Müqerlinin qələbəsi ilə yadda qalıb.
Məsafəni 3 saat, 53 dəqiqə, 52 saniyəyə başa vuran velosipedçimiz finişi ondan sonra keçən pelotonu 2 saniyə qabaqlayıb. Yeri gəlmişkən, pelotonun içərisində olan digər təmsilçimiz Maksim Averin fotofinişə əsasən 5-ci yeri tutub.
“Mən çox xoşbəxtəm və komanda yoldaşlarıma dərin minnətdarlığımı bildirirəm” – deyən Matey Müqerli, mərhələnin gedişində nəzarəti bir an belə əldən vermədiklərini xüsusi vurğulayıb. Qeyd edək ki, “Synergy Baku”nun heyətində bu ilin əvvəlindən etibarən çıxış etməyə başlayan Sloveniya çempionu Matey Müqerlinin mayın 6-10-da keçiriləcək “Tour d’Azerbaidjan-2015” veloyürüşündə də iştirakı planlaşdırılır.
Şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |