Olimpiya çempionumuz cəzalandırıldı
Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərovla bağlı tədbir görülüb. Stadium.Az "report"a istinadən xəbər verir ki, bu barədə milli komandanın böyük məşqçisi Firdovsi Umudov məlumat verib.
Onun sözlərinə görə, yığmanın bugünkü məşq öncəsi keçirilən iclasda nizam-intizamın gücləndirilməsinin vacibliyi vurğulanıb. T.Əsgərova Fransanın paytaxtı Parisdə keçirilmiş Qran Pri turniri zamanı zədəsini səbəb göstərərək, yarışa çıxmaqdan imtinası ilə əlaqədar xəbərdarlıq edilib. 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibinə Azərbaycan Güləş Federasiyasının daxili nizam-intizam qaydaları çərçivəsində cəza kəsilib. Lakin F.Umudov konkret cəzanı açıqlamayıb:
"Toğrul bildirdi ki, əvvəlki zədəsini Fransadakı yarış zamanı təkrarlanmasından ehtiyatlandığı üçün təsəlliverici görüşə çıxmaq istəməyib. O, məşqlərə daha ciddi yanaşacağını və yenidən olimpiya çempionu olmaq üçün əlindən gələni edəcəyini dedi. Cəzanı isə açıqlamaq istəməzdim. Son olaylardan vicdan əzabı keçirməsi onun ən böyük cəzası sayıla bilər".
Təcrübəli mütəxəssis hazırda yığmanın təlim-məşq toplanışında olan T.Əsgərovun 5-7 martda Belarusun paytaxtı Minskdə 3 qat olimpiya çempionu Aleksandr Medvedin şərəfinə beynəlxalq turnirdə də sınaqdan keçiriləcəyini açıqlayıb: "Bizə onun daha çox güləşməsi və formaya düşmək üçün təcrübə toplaması lazımdır. Ona görə də Toğrulu Minskdəki turnirə də aparacağıq".
Qeyd edək ki, Toğrul Əsgərov 31 yanvar - 1 fevralda Fransanın paytaxtı Parisdə keçirilmiş Qran Pridə 70 kq çəki dərəcəsində təsəlliverici görüşə çıxmaqdan imtina edib. O, ayağının ağrıdığını səbəb göstərərək, digər azərbaycanlı güləşçi Ruslan Dibirhacıyevlə qarşılaşmaq istəməyib.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |