Finalçılar müəyyənləşdi

13.01.2015 | 3648 dəfə oxunub

Şağan Olimpiya Kompleksində keçirilən boks üzrə Azərbaycan çempionatında finalçıların adları məlum olub. Stadium.Az xəbər verir ki, “Rabitə”nin 6, “Gilan” klubunun isə 5 nümayəndəsi həlledici döyüşlərdə iştirak etmək hüququ qazanıb.

Salman Əlizadə 49 kq çəki dərəcəsində əsas favoritlərdən olduğunu bir daha sübit edib. Avropa çempionu finalda qələbə qazanaraq, yenidən 1-ci nömrə kimi özünü təsdiqləməyə çalışacaq. Onun rəqibi isə Hacıbaba Fərziyev olacaq.

Gənclər arasında dünya birinciliyinin bürünc mükafatçısı Məsud Yusifzadə də finala yüksəlib. O, həlledici görüşdə milli komandamızın üzvü Araz İmaməliyevlə qarşılaşacaq.

Uzun illər seçmə komandamızın kapitanı olmuş Rəhim Nəcəfov da finala kimi irəliləyə bilib. Azərbaycan çempionatının tapıntılarından biri Tayfur Əliyev təcrübəli boksçunu büdrətməyə çalışacaq.

64 kq çəki dərəcəsində Lənkəran boksçusu Xəzər Əliyevin finala kimi irəliləməsi gözlənilməz nəticələrdəndir. Qızıl medal uğrunda görüşdə onu təcrübəli Elnur Əliyev gözləyir.

“Baku Fires”i “Gilan” klubuna dəyişən Xaybulla Musalov da finaldadır. O, ötən ilin Azərbaycan çempionu titulunu qorumaq üçün Kamran Şahsuvarlını məğlub etməlidir.

81 kq çəki dərəcsində  boks həvəskarları yenə də Vətən Hüseynli – Rauf Rəhimov duelinin şahidi olacaq.

Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov finalda gənc Rahil Məmmədli ilə qarşılaşacaq.

Superağır çəki dərəcəsində isə həlledici görüşdə Kamran Mehdiyevlə Asəf Aslanlı döyüşəcək.    

49: Hacıbaba Fərziyev (Gilan)  – Salman Əlizadə (Gilan) 

52 kq: Məsud Yusifzadə (Rabitə)  - Araz İmaməliyev (Gilan)

56 kq: Rəhim Nəcəfov  (FHN) – Tayfur Əluyev (Naxçıvan) 

60 kq: Elvin İsayev  (Gilan) – Vüsal Verdiyev (Gəncə)

64 kq: Xəzər Əliyev (Lənkəran) – Elnur Əliyev (Rabitə) 

69 kq: Roman Zakirov  (Rabitə)  – Elvin Quliyev (Neftçi) 

75 kq: Xaybulla Musalov  (Gilan) – Kamran Şahsuvarlı (Qəbələ) 

81 kq: Vətən Hüseynli (Rabitə)  – Rauf Rəhimov (Neftçi)

91 kq: Teymur Məmmədov  (Rabitə)– Rahil Məmmədl (Qəbələ) 

+91: Kamran Mehdiyev  (Rabitə) – Asəf Aslanlı (Qəbələ)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail