Bakı-2015: Ölkəmizi təmsil edəcək idmançılardan ikisinin adı açıqlandı

25.12.2014 | 3135 dəfə oxunub

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək ilk idmançıların adları dəqiqləşib. Stadium.Az xəbər verir ki, iyunun 12-28-də baş tutacaq yarışın güllə atıcılığı növündə ölkəmizin idman şərəfini 2 snayper qoruyacaq.

Bunlar İradə Aşumova və Ruslan Lunyovdu. Afina-2004-ün bürünc medalçısı olan Aşumova Avropa Oyunlarında 2 növdə dəqiqliyini yoxlayacaq. Eyni zamanda, komandamızın baş məşqçisi olan snayper 10 m məsafəyə pnevmatik, 25 m məsafəyə kiçikçaplı tapançadan atəş açacaq.

Aşumovadan fərqli, Lunyov 10 m, 25 m və 50 m məsafədən hədəfi nişan alacaq.

Qeyd edək ki, güllə atıcılığı üzrə yarışlar 16-22 iyunda olacaq. Burada qalib gələcək idmançılar birbaşa Rio-de-Janeyro-2016-da iştirak etmək hüququ qazanacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail