Millimizin keçmiş üzvü: "Ən azı bir il Portuqaliyada qalacam" - MÜSAHİBƏ
Azərbaycan millisinin keçmiş üzvü Amit Quluzadə
hazırda Portuqaliya II Divizionu olan Sequnda Liqasına mübarizə aparan
Lissabonun “Atletiko” klubunda çıxış edir. Stadium.az saytına müsahibəsində
Amit yeni klubu və Portuqaliya barədə danışdı:
- Burda hər şey yaxşıdır. Mənə lazım olan məşqlərimi
yüksək səviyyədə keçmək və bacardığım qədər komandama xeyir verməkdir.
- Necə
oldu ki, Portuqaliyada çıxış etmək fikrinə düşdün?
- Mən
hələ lap gənc yaşlarımdan xaricdə oynamaqda maraqlı olmuşam. 19 yaşım olanda
“Erciyesspor”a fetdim və orada bir mövsümdə çempionatda 21 oyunda meydana
çıxdım. Bu, çox yaxşı göstərici idi. Elə oldu ki, ailəmin yanında olmaq istədim
və Azərbaycana döndüm. İndi də menecerlər təklif etdi ki, Portuqaliyada oynaya
bilərəm və məndə razılaşdım.
- Orada
qazancın necədir?
- Bu barədə konkret bir söz deməyim yaxşı
çıxmaz, amma hər şey məni qane edir. Sadəcə vergilər yüksəkdir burda.
Qazancının tən yarısı vergiyə gedir. Pis olan bax budur.
- Artıq
çempionatda da oyuna çıxmısan...
- “Trofense”ylə oyunda start heyətində
meydana çıxmışdım, amma zədələndiyimdən əvəzlənməli oldum.
- İndi zədəniz necədir?
- Məşqdə də zədələnmişəm, amma ciddi bir şey
yoxdur. Yəqin ki, tez bir zamanda tam hazır olacam.
- Orada sizi hər şey qane edir?
- Əlbəttə, qane edir. Sadəcə bəzi çətinliklər
var. Burada məni evlə də təmin ediblər, çox yüksək səviyyədə. Amma evdə tək
qalıram, üstəlik Azərbaycan və ya tür dilində danışacağım heç kim yoxdur. Əsas
problem də elə dil məsələsidir. Bu amil komandanın içində də mənə problem
yaradır. Əsas çətinliyimdə elə budur.
- Məşqlər necə gedir? Burdakıyla ordakı arasında fərq
çoxdur?
- Əlbəttə,
çox fərq var. Burda məşq prosesi çox yüksəkdir və tam fərqlənir bizdəkindən.
- Azərbaycana qayıtmaq fikrin var?
- İnanmıram
bu, yaxın müddətdə baş tutsun. Çünki müqaviləmdə konpensasiya məbləği yüksəkdir.
Buna görə də, ən azı bir il Portuqaliyada qalacam. Burada daha yaxşı şərtlər təklif
edəcək komandaya da keçə bilərəm.
- “Atletiko”da səni adət etmədiyimiz mövqedə
oynayarkən görürük. Həmişə mərkəzdə oynamısan, amma burada sağ cinahda...
- Baş məşqçi belə istədi. Mən də futbolçuyam, baş məşqçinin dediklərin etməliyəm. Hər halda, burda səviyyə başqadı.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |