Rövnəq Abdullayev Berti Foqtsun yeni müqaviləsindən danışdı

18.12.2013 | 15573 dəfə oxunub

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirildi. Stadium.az xəbər verir ki, mətbuat üçün qapalı olan iclasdan sonra AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərin suallarını cavablandırıb: Azərbaycanlı məşqçilərin təcrübə keçməsinə şərait yaradacağıq. Uşaq futbolu ilə bağlı yaxşı qərar qəbul etdik. AFFA-nın hesabına Premyer Liqanın 10 klubuna dünyanın müxtəlif yerlərindən olan məşqçilər gələcək. Onlar sırf uşaq futboluna nəzarət edəcəklər. Klublarımızda İdarə Heyəti yaradılacaq. Orda AFFA-nın bir nümayəndəsi yer alacaq. Klub sahibləri daha istədikləri qərarları qəbul edə bilməyəcəklər. İcraiyyə Komitəsinin iclası normal keçdi. Hamı fikir bildirdi. Biz Berti Foqtsdan razı olsaq da, o, yığmanın çıxışından narazıdır. Foqtsun qarşısında müəyyən şərtlər də qoymuşuq. Baş məşqçi Azərbaycanda daha çox qalmalı, Topaz Premyer Liqasının qarşılaşmalarını izləməli, klub məşqçiləri ilə ünsiyyətdə olmalıdır. 

2014-cü ilin yanvarında milli komandanın toplanışı olacaq. Bundan başqa, Foqts klubların toplanışlarına yollanaraq, klub məşqçiləri ilə görüşəcək. Ona məsləhət gördük ki, köməkçilərinin sayını artırsın. Almaniyalı ilə gənc məşqçilərimizin çalışmasını istəyirik. Aslan Kərimov və Mahmud Qurbanov artıq yığmadadırlar. Ola bilər ki, gələcəkdə bu say artsın.

Millimizin hər oyunda sonadək mübarizə aparmasını istəyirik. Avro-2016-nın seçmə mərhələsində yüksək yerlər uğrunda mübarizə aparacaq millimizdən növbəti qitə çempionatında uğur gözləyirik. Komandamızın Avro-2020-nin final mərhələsində qatılmasını istəyirik. Həmin yarışın bəzi oyunları Bakıda keçirilə bilər. Biz də final mərhələsindəki ilk oyunumuzun Azərbaycanda baş tutması arzusundayıq”. 



  #1   Adınız: babek;   E-mail: nicat@seyidov

19.12.2013 18:54

cenab rovnet mellim men size yazib bildiriremki berti fokus
isliyir 2015 il qeder isleyecek ve komeci azerbaycanli
meskiciler olsa yaxsi olar

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail