İskəndər Cavadov: "Məgər Valeri Qazzayev kimi mən də baş məşqçi ola bilməzdim?"
Azərbaycanın veteran futbolçusu və AFFA İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov son zamanlar səssiz qalmasının səbəbini açıqlayıb. “Şöhrət” ordenli sabiq hücumçu Lent.az-a açıqlamasında futbolumuzun durumu ilə bağlı danışmağın əhəmiyyətsiz olduğunu bildirib. Vaxtilə bu barədə çox danışdığını və kəskin fikirlərlə yadda qaldığını xatırladan Cavadov ona heç bir dəstək verilməməsindən şikayətlənib: “Ramiz Mirzəyev AFFA prezidenti olduğu vaxt çox danışırdım, “Belə olmaz” deyirdim. Axırı nə oldu? Özümü İcraiyyə Komitəsinin iclaslarından kənarlaşdırdılar. Həmin vaxt kim mənə dəstək oldu? İndi də hamı susub, heç kim mənə dəstək vermir. Bu halda mən danışmağın mənasızlığını düşünürəm”.
Veteran futbolçu bildirib ki, səssiz qalması hər şeylə təmin olunduğu üçün deyil: “Mən bu həyatda nə qazanmışamsa, hamısını zəhmətimlə əldə etmişəm. Bütün mükafatlar, fəxri adlar haqqımdır”.
Cavadov uzun illər çıxış etdiyi “Neftçi”nin yox, “Bakı”nın İdarə Heyətində yer almasının da səbəbini açıqlayıb. Onun sözlərinə görə, bu, 76 illik tarixə malik klubun ona heç bir dəvət göndərməməsi ilə bağlıdır: “İndiyədək “Neftçi”dən heç kim mənim xidmətimə ehtiyac duymayıb. Halbuki bu komandaya illərimi vermişəm. Məgər Valeri Qazzayev kimi mən də baş məşqçi ola bilməzdim? Bir dəfə də deyən olmadı ki, gəl, şans verək, sən də baş məşqçi işlə”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |