Fabio Kapello: “Azərbaycan yığması qapımıza “ofsayd”dan qol vurdu”
Futbol üzrə Rusiya milli komandasının baş məşqçisi Fabio Kapello oktyabrın 15-də Azərbaycan yığması ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçının son dəqiqəsində buraxdıqları topun oyundankənar vəziyyətdən vurulduğunu iddia edib. Lent.az-ın məlumatına görə, bu barədə italiyalı mütəxəssis “Sport-Ekspress”ə müsahibəsində bildirib. Onun fikrincə, Vaqif Cavadovun fərqləndiyi epizodda “ofsayd”ın olduğunu hamı görüb: “Yan xətt hakiminin “ofsayd” qeydə almamasının səbəbi mənim üçün qaranlıq qaldı. Halbuki həmin epizodda qolun oyundankənar vəziyyətdən vurulduğunu hamı gördü”.
Həmin oyunda Azərbaycan yığmasının futbolçusu Maksim Medvedevin qırmızı vərəqə almasından sonra Rusiya millisi say və hesabda üstünlüyə malik olub. Lakin sonuncu dəqiqədə millimiz bərabərlik qolunu vurmağı bacarıb. Kapello matçın sonlarında qol buraxmalarına rəğmən, pis çıxış etmədiklərini söyləyib: “Biz kifayət qədər təhlükəli vəziyyət yaratdıq və son dəqiqədə top buraxdıq. Bu qolun ofsayddan vurulmasına baxmayaraq, futbolçularıma haqq qazandırmaq niyyətində deyiləm. Nəticə göz qabağındadır”.
Qeyd edək ki, Azərbaycan – Rusiya matçında hesabı ilk yarıda qonaqların kapitanı Roman Şirokov açıb. Lakin sonuncu dəqiqədə Vaqif Cavadov Mahir Şükürovun rəqib qapısı qarşısına ötürməsini başla qola çevirib.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |