"Qəbələ" akademiyasının direktoru: “Bizdə “Barselona”dakı proseslər gedir”
Bu ilin aprel ayında “Qəbələ” Futbol Akademiyasının direktoru vəzifəsinə təyin olunan Stenli Brard artıq bir aydır ki iş başındadır. Stadium.az xəbər verir ki, 52 yaşlı hollandiyalı mütəxəssis yeni mövsümə başlayan akademiyanın məşqlərində iştirak edir, məşqçilərə və futbolçulara tapşırıqlarını verir. Bəs Brardın gəlişi ilə akademiyada nələr dəyişib, yeni direktorun yaxın hədəfləri nədən ibarətdir?
“Əlbəttə, dəyişikliklər olacaq”
Hollandiyalı
mütəxəssis öncə akademiyada bu günü barədə danışdı: “Hazırda istər futbolçu,
istərsə də məşqçi heyətində komplektləşmə gedir. Yeni mövsüm ərəfəsində
akademiyaya yeni məşqçilər və futbolçular gəlib. Futbolçuların gəlişi hələ
davam edir. Bir çox məşqçilərimiz mütəxəssis kimi böyük təcrübəyə malikdirlər.
Akademiyada futbolu yaxşı anlayan və oynamağı bacaran futbolçular da çoxdur.
Bir sözlə, burada gördüklərimdən məmnunam. Akademiyanın məşqçi heyəti ilə həm fərdi,
həm də kollektiv şəkildə görüşlərim olub. Bir neçə təqdimat keçirmişəm, yeni iş
prinsiplərim, gələcək fəaliyyətimizdə nələrə üstünlük verəcəyimlə bağlı fikirlərimi
məşqçilərin diqqətinə çatdırmışam. Yeni mövsümlə bağlı tapşırıqlarımı verəndə məşqçilərə
deyirəm ki, birlikdə işləsək, səylərimizi birləşdirsək həm işimiz yaxşı gedəcək,
həm də güclü olacağıq.
Akademiyanın
inkişafını istəyiriksə, nizam-intizam ən yüksək səviyyədə olmalıdır. Burada həm
davranış, həm də oyun intizamını yüksəldəcəyik. Artıq bəzi intizam xarakterli
işlərə başlamışıq. Düşünürəm ki, artıq altı aydan sonra işimizin bəhrəsindən
daha ətraflı danışa bilərik”.
Bir
aydır iş başında olan və akademiya
komandalarının məşqlərini izləyərək analiz etməyə imkan tapan Brard, nəyi dəyişmək
istərdi? “Əlbəttə, dəyişikliklər olacaq. Məşqçilərə yeni çalışmalar barəsində
tapşırıqlarım olub. Əsas məşqçi günün
birinci yarısında öz komandasında məşq aparırsa, günün ikinci yarısında digər
yaş qrupunda köməkçi məşqçi funksiyasını yerinə yetirir. Beləliklə, məşqçilər
biri-biriləri ilə əlaqəli şəkildə işləyib, hazırladıqları məşqləri,
tapşırıqları və təcrübələri bölüşəcəklər. Əsas odur ki, məşqçilər birgə işləməyi
öyrənsinlər. Bu, iş prinsipimdə ən önəmli məqamdır.Bunu bütün məşqçilərimizin
anlayaraq qəbul etməsini istəyirəm. Eyni zamanda məqçilərə sərbəstlik vermişəm
ki, onlar inkişaf edə bilsinlər. “Qəbələ”yə uyğun iş üslubunu tətbiq etməyə
çalışıram”.
Məşqçilərin
təcrübəsinin artırılması ilə bağlı yeni direktor hansı planları var? Stenli Brard bu sahəyə də diqqət yetirəcəyini
dedi: “Böyük planlarım var. Bunu öncə məşqçilərin özləri iə müzakirə edəcəyəm.
Avropa klublarının və akademiyalarının təcrübəsindən faydalana bilərik. Uzun müddət
işlədiyim “Feyenoord” akademiyasında olmaq, təcrübə mübadiləsi aparmaq çox
asandır. Çünki uzun müddət orada işləmişəm. Amma dünyada çox klublar var ki,
onlarla da əməkdaşlıq edə bilərik. İstərdik ki, başqa üslublarla işləyən
akademiyalarda təcrübə keçək, onların fikirlərini, fəlsəfəsini öyrənək”.
“Mümkündür
ki, “Qəbələ”nin əsas komandası da bizim oyun üslubunu qəbul etsin”
S.Brard
ilk dəfə ictimaiyyətə təqdim ediləndə, “Qəbələ”nin özünəməxsus oyun stilinin
yaradılmasından danışmışdı. Holland mütəxəssis bu məsələyə bir daha qayıtdı: “Şəxsən
mən “Barselona”nın oyun üslubunu bəyənirəm. Həmçinin bir zamanlar “Arsenal”ın
stili də xoşuma gəlirdi. Əslində, mən bunlara yaxın oyun üslubunun tərəfdarıyam.
Lakin yaradacağımız tərz tək mənim düşüncəmə və istəklərimə uyğun olmamalıdır.
Məşqçilərimiz bunu tam anlamalı, futbolçular isə meydançada tətbiq etməyi
bacarmalıdır. Öz oyun üslubumuzu qurub, uğur qazana bilsək, artıq başqaları
bizim üçün önəmli olmayacaq. Həm də öz stilimizi müəyyənləşdirib, inkişaf etdirə
bilsək, mümkündür ki, başda “Qəbələ”nin əsas komandası olmaqla, bütün
kollektivlərimiz həmin oyun üslubunu qəbul etsin. İstərdim ki, bir və ya bir
neçə futboçudan asılı olmayan yeni oyun üslubumuz olsun. Sabah “messilər”,
“inyestalar”, və “xavilər” olmayacaq, lakin stil qalacaq. Mən “Barselona”
futbolçularının oyun keyfiyyətlərini, qol vurmaq bacarıqlarını çox bəyənirəm.
Eynisini burda da görmək istəyirəm. Çünki “Qəbələ”nin elə oyunçuları var ki,
İspaniya klubu futbolçularından heç nə ilə geridə qalmır. Onları yetişdirib,
lazımı səviyyəyə çatdıra bilsək, “Barselona” futbolçularından da üstün qol
vurmaq bacarığını nümayiş etdirəcəklər”.
“Yerli
futbolçularda ən böyük çatışmazlıq nədir?” sualına isə direktorun cavabı belə
oldu: “Futbolu inkişaf etmış ölkələrin klublarının tarixi var, böyük inkişaf mərhələsi
keçiblər. Lakin “Qəbələ” klubu və akademiyası hələ çox cavandır. Futbolumuzun və
futbolçularımızın inkişaf etməsi üçün zamana ehtyac var. Azərbaycanın başqa
klublarını deyə bilmərəm, amma “Qəbələ”nin şəraiti və imkanları bir çox Avropa
klublarınınkından üstündür. Məsələn, ola bilər, “Barselona”da meydançaların
sayi bizdəki qədərdir, amma əksəriyyəti sünidir. Təbii ot örtrüklü
meydançaların çoxluğu və keyfiyyəti baxımından “Qəbələ” İngiltərə klubları səviyyəsindədir.
“Bizdə “Barselona”dakı proseslər gedir”
Klub
prezidentinin istəyini və tələblərini yaxşı bilirəm. O, aşağı yaş qruplarından
futbolçu yetişdirilməsini çox istəyir. İstəyir ki, akademiyanın uşaqları peşəkar
futbolçu kimi əsas komanda və milli üçün faydalı olsunlar. Hazırda “Qəbələ”nin əsas
heyətində akademiyanın yetirməsi olan bir neçə futbolçu oynayır. Bu, o deməkdir
ki, bizdə “Barselona”dakı proseslər gedir. Akademiya futbolçularının böyük
qisminin yüksək liqa klublarına düşməsi çox yaxşı olardı. İstərdim ki, əsas
komandanın, Premyer Liqanın ən yaxşı oyunçusu məhz akademiyanın yetirməsi
olsun. Eyni zamanda akademiya yetirməsi olan əsas komanda üzvünün milliyə düşməsi
bizim uğurumuz olacaq. Çalışmalıyıq ki, yaxın gələcəkdə buna da nail olaq.
Hollandiyalı
mütəxəssisin Azərbaycan Premyer Liqası ilə bağlı düşüncələri də maraqlı idi. “Qəbələ”nin
çıxışını Brard belə xarakterizə etdi: “Premyer Liqa oyunlarını izləyirəm.
Düşünürəm ki, “Qəbələ”oyunu nəzarətdə saxlamağı bacaran, potensialı yüksək olan
komandadır. Amma bəzi futboçular var ki, emosionallığı çox yüksəkdir. Həddi
aşmamaq şərtilə, emosionallığı saxlamaq vacibdir. Çünki emosionallıq oyunda
intensivliyi artırır və matçı maraqlı edir. Eyni şeyi akademiyanın bəzi
futbolçuları haqqında da deyə bilərəm. Emosionnalığını gizlədə bilməyən
uşaqlarla işləmək lazımdır ki, oyuna nəzarəti itirməsinlər. Mənim üçün yüksək
liqa önəmlidir. Lakin yüksək liqa oyunları və əsas komandanın çıxışı ilə bağlı
rəy vermək mənim işim deyil”.
"Qəbələ" İK qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |