AFFA-nın Olimpiya stadionu insanları evlərindən didərgin salıb ŞOK ŞOK ŞOK
15 ailənin evini başına uçurdurlar; mənzillərinə verilən kompensasiya ilə razılaşmayan vətəndaşlara təzyiqlər edilir
Sabunçu rayonu, Böyük Şor yaşayış massivində 1000-dən çox mənzil və obyekt Olimpiya Stadionuna görə sökülüb. 15-dən çox ailə isə kompensasiyanın az olmasını əsas gətirərək evini tərk etmir.
Evlərin işıq, su, qaz xətlərini kəsiblər
Mənzillərindən çıxmayanlara təzyiq edilir. Onların evlərinə gələn su, qaz, işıq xətləri kəsilib. Vətəndaşlar suyu maşınlarla alırlar, elektrik enerjisini generatorla həll edirlər, qaz problemini isə çözə bilmirlər...
Ələkbər Hüseynov burada böyüdüyünü deyir. Evin sahəsi 110 kvadrat metr olsa da, 53 kvadrat metr hesablanıb: “Kvadratına 1020 manatdan kompensasiya verilir. Evin və torpağın sənədi var. Hər ay rüsum ödəmişəm, bələdiyyəyə bir manat da olsa borcum yoxdur. Bu məbləğlə razılşamadığım üçün təzyiq edirlər. Sahə müvəkkili gəlib deyir ki, evindən çıx. Normal pul versinlər ki, gedim”.
Qarabağ döyüşlərində vuruşan, böyrəyini itirən Yadigar Hüseynovun evinin sahəsi 28 kvadrat metrdir. Evinin sökülməsinə görə, 29 min manat kompensasiya verilir. O isə bu məbləğlə razılaşmır: “29 min manata heç yerdə ev tapa bilmirəm. Bakını ələk-vələk eləmişəm. Məbləği eşidən kimi hamı qaçır. Müharibədə iştirak etmişəm, əmək qabiliyyətimi itirdiyim üçün işləyə bilmirəm. Övladım bronxial astma xəstəsidir. Heç yerdən gəlirim yoxdur. Bu dövlət isə qayğıma qalmır. Maliyyə Nazirliyinə getdim, qəbul etmədilər, aşağıdan telefonla əlaqə saxladım. Dedilər ki, sənin pulunu artırsaq, başqaları da gələcək. əgər işləmək qabiliyyətim olsaydı, hamı kimi işləyib özümə ev alardım”.
Evinə gələn işıq xəttinin kəsildiyini deyən Yadigar hüseynov bildirir ki, qonşunun generatoru hesabına evində közərti var.
Sabina Qruşkoyun evinin sahəsi 10 kvadrat metrdir. Buna görə 10 min kompensasiya ödənilir: “Həyəti hesaba almırlar. Deyirik ki, normal pul verin gedək. Son qiymətin bu olduğunu söyləyirlər. Bacım Irinanın da evinin sahəsi bu qədərdir. Ona da bu qədər pul verirlər. Köçmədiyimizi görüb bizə təzyiq edirlər. Evə gələn yol başqa mənzillərin tör-töküntüləriylə bağlayırlar, işığımızı, suyumuzu kəsiblər. Gecələr ətrafda tanımadığımız adamlar gəzir, hətta gəlib qapını döyürlər. Bu cür vasitələrlə bizə təzyiq edirlər. Biz isə normal pul almayınca evimizi tərk etməyəcəyik”.
“Evimi buldozerlə söksələr də tərk etməyəcəm”
YAP üzvü olan Müzəffər Musayevin evinin sahəsi 200 kvadrat metrdən çoxdur: “Mənim evim super təmirli idi. Özləri də bunu təsdiq etdilər. Evdə üç ailə yaşayır. Hamımıza birlikdə 255 min manat kompensasiya verilir. Mən bu pulla razı deyiləm. Birinci dəfə gələndə dedilər ki, 60 min artım olacaq. Indi isə vermirlər, aldatdılar”.
Sakin Rafiq Balacayevin evinin sənədləri qaydasındadır. 155 kvadrat metr sahəsi olan mənzilinə 117 min 500 manat kompensasiya verilir. Bu məbləğlə razılaşmayan sakin deyir ki, hətta buldozerlə gəlib evini söksələr çıxan deyil: “Həyətdə iki ev var. Bu iki evə 117 min manat pul verilir. Bacımın yoldaşı xəstədir. Onların da yükü mənim üstümdədir. Bu pulla şəhərdə iki dənə mənzil ala bilərəm? Bu evlər şəxsi mülkiyyətimdir, mənimlə razılaşdırmadan pulu banka köçürüblər. Xidməti tikililərin kvadratını 650 manat pul verilir. Kim nə istəyir qiymət deyir. ”Azəryolservis"ə kim ixtiyar verib ki, ürəyinə yatan qiyməti tətbiq etsin. Evimizə gələn yola daş töküblər, işığı, suyu, qazı kəsiblər. Ancaq bu yolla mənə təzyiq edə bilməyəcəklər. ya mənə normal pul veriləcək, ya da evimdən çıxan deyiləm. 117 min manatla heç yerdə mənzil ala bilməyəcəm".
“Rəsmi dövlət orqanlarından heç kəs bizimlə görüşməyib”
Sözügedən ünvanda Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin də mənzili, obyekti və partiyasının qərargahı var.
“Ilk gündən bu prosesi izləyirəm və hər şey qanunsuz gedir. Əvvəla, təklif olunan kompensasiya çox aşağıdır. 1020 manat deyirlər, ancaq hesablama aparanda 800 manata çıxır. Köçmə xərclərini də nəzərə almırlar. Satan və alan tərəflər razılaşmalıdır. Qanunverciliyə görə mülkiyyət sahibi razılaşma əldə olunmayana qədər onun mənzilini sökmək olmaz, əks halda bu cinayət sayılır”, - deyə partiya sədri bildirir.
Elşad Musayev deyir ki, rəsmi dövlət orqanlarından heç kəs gəlib onunla görüşməyib: “Tikilən olimpiya kompleksinə görə 600-ə yaxın evin ərazisi Dövlət Neft Şirkəti, ”Azeryolservis" və Bakı Şəhər Icra Hakimiyyəti arasında bərabər bölünüb. “Audit-Ekspert” adlı MMC-nin qiymətləndirmə qrupu gəlib sakinlərlə danışıqlar aparıblar. Bu adi bir təşkilatdır və onun üzvlərinin gəlib dövlətin adından danışması qanunsuzdur. Daha sonra bir qəbz aldım ki, orda “Kapital Bank”dan göstərilən məbləği almam tələb olunur. Bu nə biabırçılıqdır? Mənim xüsusi mülkiyyətimdə olan obyekti razılığım olmadan kim sökə, qiymətləndirə, pul verə bilər? Hansı səbəbdən mənzilimin qazını, işığını və telefon xəttini kəsiblər? Dünyanın heç yerində belə bir şey yoxdur".
Partiya sədri bizimlə söhbətində onu da qeyd etdi ki, həyətyanı sahələrə kompensasiya nəzərdə tutulmur: “Bu necə ola bilər? Bu da mənim mülkiyyətimdir. Bütün aidiyyəti qurumlara müraciət etmişəm. Bir partiya sədrinin evini, qərargahınıə sökürlər, ancaq heç kim səsini çıxarmır. Qanunverciliyə uyğun olaraq hər bir addımı atacağam. Əgər qanunu tapdalayıb, üstümüzə gəlsələr ölkəni tərk edib, ailəmlə birgə xarici ölkələrdən birinə sığınacağam”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |