Ramiz Məmmədovu niyə Avroliqaya buraxmadılar?
UEFA Ramiz Məmmədovun baş məşqçisi olduğu "Atırau"nu avrokuboklarda iştirakına icazə verməyib. Qitə futbol qurumu lisenziya problemi ilə əlaqədar Avroliqaya buraxmadığı Astana "Lokomotiv"ini əvəzləyəcək komandanın adını açıqlayıb. Bu, ötən çempionatı 5-ci yerdə bitirən "Atırau" yox, "dəmiryolçular"ın finalında yendiyi "Şaxtyor" olub. UEFA rəsmən bildirib ki, bürünc mükafatçı "İrtış"la kubokun finalçısı "Şaxtyor" Avroliqanın II, gümüş medalçı "Aktobe" I təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Son çempion "Tobol" isə Çempionlar Liqasının II təsnifat mərhələsindən çıxış edəcək. Qazaxıstanın hər 4 iştirakçısı avrokuboklarda potensial rəqiblərimizdir. Həmyerlimizin çalışdırdığı komandanın yarışa buraxılmamasında yerli futbol federasiyasının da rolu var. QFF ilə «Atırau» boslarının münasibətlərində gərginlik hökm sürür, artıq 2 ildən artıqdır ki, əlaqələr «istilik»dən çıxıb. «Şaxtyor»un başbilənləri təşkilata daha yaxın olduğu üçün karaqandalılar önə çəkilib. Məlumata görə, «Atırau»nun təmsilçiləri federasiyanın tədbirlərinə nadir hallarda dəvət alır, hətta çempionatın püşkatma mərasimi onların iştirakı olmadan keçirilib.
rnrnProblem isə öncə federasiyaya yaxın bəzi şəxslərin kluba işə götürülməməsi üzündən yaranıb. Xəzər sahili şəhərin təmsilçisi daha sonra azərbaycanlı məşqçini Yevgeni Yarovenkodan üstün tutublar. Yeni baş məşqçi ilə bağlı seçim edərkən, 43 yaşlı həmyerlimizi 1988-ci ildə Seul Olimpiadasının qalibi olan Yarovenkodan güclü sayıb. SSRİ dövründə "Kayrat"ın heyətində "Neftçi"yə qarşı oynamış Yevgeninin son iş yeri vətənində 2006-cı ildə "Yesıl-Boqatır", növbəti il qısa müddətdə gənclər yığmasının baş məşqçi postu olub. O, futbolçu karyerası zamanı "Dnepr"lə SSRİ kubokunun qalibi (1989) və 1987-cirnildə SSRİ-nin 33 ən yaxşı futbolçusu arasında "1 nömrə" olub. İqor Ponomaryovla birgə SSRİ yığmasının heyətində olimpiya çempionu olan 49 yaşlı qazax ölkəsinin 50 ildə (1954-2003) ən dahi futbolçusu kimi UEFA-nın yubiley mükafatına layiq görülüb. Yarovenko Qazaxıstana dönməyə hazır imiş: "Əgər konkret vəzifə, xidmətində maraqlı olan olarsa, hazıram".
rnrnFederasiya onun namizədliyini dəstəkləsə də, klub sonda "Qəbələ"nin sabiq çalışdırıcısının üzərində dayanıb. "Atırau"nun direktoru Rəşit Munbayev: "Rəhbərlik baş məşqçi postuna bir neçə mütəxəssisin namizədliyini nəzərdən keçirirdi. Sonda vilayət rəhbərliyinin razılığı ilə Ramiz Məmmədovun namizədliyi üzərində dayanıldı. Ona güvənən rəhbərlik işinə müdaxilə etmir. Seleksiya işini məşqçilər korpusu həyata keçirir. Bütün legionerlər hələ ki onları qane edir. Cari mövsümdə komandamızın qarşısında duran vəzifə ən yaxşı ilk 6 komanda arasına düşməkdir. Bundan sonra mükafatlar uğrunda mübarizəmiz olacaq. "Transfer pəncərəsi" açılanrnvaxtda bir neçə mövqeni gücləndirəcəyik. Problemimiz ondadır ki, hücumçularımız sərfəli qol imkanlarından istifadə edə bilmirlər. Bu da ustalıq səviyyəsinin aşağı olması ilə bağlıdır. Bunun üzərində işləyəcəyik".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |