Con Toşak: "Birdən birə necə oldu ki, pis məşqçiyə çevrildim?"
“Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Bencamin Toşak klubun rəsmi saytına açıqlama verib. Stadium.az xəbər verir ki, təcrübəli mütəxəssis “Makkabi” (Hayfa) oyunu sonrası baş verənlərə aydınlıq gətirib. “Dünən “Makkabi”(Hayfa) önündə aldığımız acı məğlubiyyətdən sonra bir çox məsələlərə aydınlıq gətirmək istərdim. Təbii ki, nəticəyə görə məsuliyyəti həmişə baş məşqçi daşıyır. Dünən oyunsonrası mətbuat konfransında da bunu bir daha söylədim. Matçdan dərhal sonra klub rəhbərliyinə istefa vermək istədiyimi bildirdim. Qərarımda da qəti idim. Amma rəhbərlik məndən işimdə qalmağı və tez-tez məşqçi dəyişiliklərinə səbəb olan bəzi futbolçuları “Xəzər Lənkəran”dan təmizləməyimi istədilər. Dünya futbolunda özümə görə nüfuzu olan məşqçiyəm. Karyeram boyu bir çox tanınmış futbolçular tabeçiliyim altında gözəl oyunu ilə yanaşı, ulduz olaraq özlərini də, məni də məşhur ediblər, adımızı dünyaya tanıdıblar. Bir çox titullar, nailiyyətlər qazanmışam. Birdən birə necə oldu ki, pis məşqçiyə çevrildim?! İndi burada görürəm ki, əksinə “Xəzər Lənkəran”lı futbolçulardan bəziləri baş məşqçiləri qovmaq planı üzrə peşəkarlaşıblar. Ona görə də belələri bizimlə qalmayacaq. Legioner futbolçu yerli oyunçulara da örnək olmalıdır. Onlar gəlib burada həm yaxşı pul qazanır, krallar kimi bahalı otellərdə qalır, amma oyuna gəldikdə istəniləni vermirlər. Bununla yanaşı belələri aşağı yaş qrupunda çıxış edən potensiallı futbolçuların da qarşısını alır. Heyətdə bir neçə lənkəranlı futbolçu var ki, mənə görə onlar “Makkabi” ilə matçda meydanda olsa idilər, bir çox əcnəbi futbolçulardan heç də pis təsir bağışlamazdılar, bəlkə də daha əzmkar mübarizə aparacaqdılar. Bu gün heyətdən uzaqlaşdırdığımız futbolçulara qərarımı söyləyəndə onlar bunu çox rahatlıqla qarşıladılar. Hətta onlar haqqında verilən qərarın səbəbini belə soruşmadılar. Sanki heç veclərinə də deyil. Bu belə olmaz. Lənkərana gələn hər bir futbolçu böyük bir camiəyə, xüsusi bir ailəyə gəldiyinin fərqində olmalıdır. Burada müəyyən qədər günahın çoxu da məndədir. Futbolçularıma qarşı həmişə xoş rəftar bəslədim. Amma bir çoxları mənim onlara olan münasibətimdən sui-istifadə etdi. Artıq hər şey fərqli olacaq. Bundan sonra da nizam-intizam qaydalarını pozan, ustalıq səviyyəsi bizi qane etməyən futbolçular komandadan dərhal göndəriləcək”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |