Ramil Əliyev: "Son iki oyunda sərgilənən futbol bizi ümidləndirir" Müsahibə
Yeni mövsümə hazırlıqlarını Sloveniyada davam etdirən "Rəvan” dünən Avropanın adıçəkilən ölkəsindəki sonunucu - dördüncü görüşünü keçirib. Artıq 10 gündür vətəndən kənarda olan komandanın hazırlığının keyfiyyəti, çempionata nə dərəcədə hazır olması kimi məsələlərə aydınlıq gətirmək üçün baş məqçi Ramil Əliyevə klubun rəsmi saytına müsahibəsində bir çox məqamlara aydınlıq gətirib. Həmin müsahibəni təqdim edirik:
- Yeni mövsümə hazırlıq
prosesinin ikinci mərhələsi olan Sloveniya toplanışı artıq bitmək üzrədir.
Komandanın hazırlığını ümumilkdə necə dəyərləndirirsiz?
- Bildiyiniz kimi, iyulun
15-dən hazırlığın ikinci mərhələsi çərçivəsində Sloveniyadayıq. Hərbçilər
arasındakı dünya çempionatında çıxış edən futbolçularımız da bizimlə birgə bu
ölkəyə gəlib. Yəni tam komanda şəklində hazırlığa məhz Sloveniyada başladıq.
Toplanış bütövlükdə yaxşı keçdi. Baxmayaraq ki, yoldaşlıq oyunlarında qələbə
qazana bilmədik. Amma son iki oyunda sərgilənən futbol bizi ümidləndirir. Plan
üzrə bütün həyata keçirilməli olan işləri reallaşdırdıq.
- Mariborda
komandanın hazırlıq keçməsi üçün yaradılan şəraitdən necə, razısız?
- Rəhbərliyə bizə yaxşı komanda
qurmaq üçün hər cür şərait yaratdığına görə təşəkkürümü bildirirəm. Təlim-məşq
toplanışı üçün lazım olan bütün işlər vaxtında görüldü, hər cür dəstək aldıq.
Komanda yaxşı hazırlıq keçmək üçün tələb olunan hər şeylə təmin olunmuşdu.
- Təxminən iki həftə
davam edən Sloveniya toplanışı qarşıdakı çempionatda komandaya nə verəcək?
- Bakıda baş tutan ilk
mərhələni təməl mərhələsi adlandırardım. Biz fiziki hazırlığa çox fikir verdik.
Komandanı yükləyirdik. İkinci mərhələdə isə əsas məqsəd oyun planında olan
mənfi və müsbət tərəfləri aşkar edib çempionata daha yaxşı hazırlaşmaq idi.
Hardasa 70-80 faiz istəyimizə nail olduq. Komanda çempionata demək olar ki,
hazırdır.
- Bakıdakı ilk
mərhələni də nəzərə alsaq, komandanın təxminən 1 aydır davam edən hazırlığını
necə dəyərləndirmək olar? Komanda fikirləşdiyiniz bütün ideyaları hazırlıq
dönəmində həyata keçirə bildi?
- Tam olaraq xeyr. Amma
çempionat gedə-gedə biz bütün mənfi cəhətləri aradan qaldırmağa, daha yaxşı
komanda qurmağa çalışacağıq.
- Komandanının ümumi
durumunu necə qiymətləndirirsiz? Son 2 oyunla bağlı fikirlərinizə əsasən, ümumi
durumun qənaətbəxş olduğunu söyləmək olar…
- Bu mərhələdə əslində fiziki
yüklənmədən sonra komandanını mübariz və əzmkar keyfiyyətləri üzə çıxır.
Əlbəttə, futbolçular da əlindən gələni edir. Son 2 oyun göstərdi ki, çempionat
yaxınlaşdıqca kollektiv daha da yaxşı təsir bağışlayır.
- Ümumilikdə hazırlıq
dönəmində 7 oyun keçirdik. Amma qələbə olmadı. Bunun səbəbi nədir və nəticələrə
önəm verirsizmi?
- Nəticə oyunun statusundan
asılı olamayaraq bizə hər görüşdə lazımdır. Amma yoldaşlıq oyunlarında daha çox
eksperiment xarakterli heyətlərlə çıxış etdik. Yəni biz baxışa 10-dan çox
futbolçu dəvət edib onlar arasından seçim etdik, bizə daha uyğun gələnləri,
gələcəkdə bizə fayda verəcəyinə inandığımız oyunçuları komandada saxladıq. Biz
transferlərə çox həssas yanaşırıq. Sadəcə, transfer xətrinə transfer etmirik.
Bu oyunlar da seçim etməkdə bizə çox yardımçı oldu. Amma nəticə barədə eyni
sözləri deyə bilmərəm. Digər tərəfdən də hər oyunda 5-6 dəyişiklik edib yaxşı
nəticəyə ümid etmək də bir az düzgün deyil. Məqsədimiz heyəti komplektləşdirmək
idi ki, məncə, bu baxımdan xeyli irəliləyiş var. Nəticələrə gəlincə isə onu
demək istərdim ki, qışda da yoldaşlıq matçlarımızda nəticələr ürəkaçan deyildi.
4 oyundan yalnız əvəzedicilərimizi udmuşduq. Amma sonradan çempionatda yaxşı
çıxış etdik. Qısası, yoxlama oyunlarına rəsmi matçlar üçün hazırlıq kimi
yanaşdığımızdan nəticələr də ürəkaçan olmadı.
- Yeni transferlər
boşluqları tam dolduracaq gücdədir?
- Tam da olmasa, müəyyən
mövqeləri gücləndirmişik. Üstəlik, transfer çalışmalarımız davam edir. Biz
axtarışdayıq. Bir-iki mövqeyə yeni oyunçu gətirməyimiz mümkündür.
- Bəs transfer
çalışmaları nə vaxt yekunlaşacaq?
- İlk turun oyununa qədər bütün
məsələlərin həllini tapacağına ümid edirəm. Düzdür, müəyyən qədər gecikmə olur.
Amma keyfiyyətli futbolçunu transfer etmək heç vaxt gec deyil. Çempionatın
gedişində məhz belə futbolçular fərq yaradır. Nəzərə alaq ki, turnir 36 turdan
ibarət uzun marafon olacaq. Bizə də məhz tam mövsümə hazır olan keyfiyyətli
futbolçular lazımdır.
- Avqustun əvvəlində
növbəti mövsüm start götürür. Bütün parametrləri nəzərə aldıqda komanda
çempionata nə dərəcədə hazırdır?
- Çempioanatın startına qədər
tam hazır olmaq üçün bacardığımız qədər çalışdıq. Amma hazırkı mərhələdə bu o
qədər də mümkün işə oxşamır. Çempionatın gedişində "artırmalı” olacağıq.
Əlbəttə, mövsümə necə start götürməyimizdən də çox şey asılı olacaq. İlk oyuna
kimi hələ 1 həftədən çox vaxtımız var və bu görüşə kimi tam hazır olmağa
çalışacağıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |