"Hafiz Məmmədov Fransa futboluna kifayət qədər sərmayə yatırmaq istəyir" Müsahibə
Fransanın “Lans” klubunun prezidenti Jerve Martel Avropanın məşhur “Frans futbol” nəşrinə müsahibə verib. Jerve Martel müsahibəsində Hafiz Məmmədovla tanışlığının, onun “Lans”a sahib olmaq istəməsinin tarixçəsindən danışıb. Həmin müsahibəni təqdim edirik:
- Hafiz Məmmədovla
tanışlığınız nə zaman baş tutdu?
- Mən onunla 2012-ci ildə,
Kannda istirahət edərkən münasibət qurdum. Onu tanıyan dostum dedi ki, “Hafiz
Məmmədov futbolla maraqlanan adamdır, ona sənin barəndə danışmışam. Əgər
istəyirsənsə, axşam saat 9-da sizi görüşdürüm”. Razılaşdım. İlk görüşdəcə biz
bir-birimizi başa düşdük, ümumi dil tapdıq. Düzü, həmin görüşdə futboldan
danışmadıq. Avqustun 14-də məzuniyyətdən qayıtdım. Bundan sonra da hər dəfə
onunla əlaqə saxlayırdım. O vaxta qədər isə Kannda hər gün görüşürdük. Hafiz
Məmmədovla tanışlığım təsadüf yox, bir şans idi.
Münasibətlərimiz möhkəmlənəndən
sonra, Kannda olarkən bir dəfə o mənə dedi ki, bu gün İspaniya superkubokunda
“Barselona”nın oyununa baxmaq istəyir. Bunu söyləyəndə saat 19.00 idi, oyun isə
saat 22.00-da başlanacaqdı. Həm də biz Fransadan İspaniyaya getməli idik. Mən
vaxtımızın az, ora çatmağın isə mümkünsüz olduğunu dedim. Amma elə alndı ki,
matçın başlamasına beş dəqiqə qalmış biz artıq stadionda idik. Hafiz Məmmədov
çox sadə və insalarla söhbətə açıq insandır. Həmin vaxt Lansdan olan bir
nəfər bizə yaxınlaşdı. Əməkdaşlıqla bağlı Hafiz Məmmədovla söhbət etdi. Bundan
sonra o, bizi Azərbaycana dəvət etdi. O, ölkəsində çox nüfuzlu adamdır. Hafiz
Məmmədov ölkəsinin xaricdə tanıdılmasını ürəkdən istəyir.
- Azərbaycana ilk
dəfə nə vaxt səfər etdiniz?
- 2012-ci ilin
sentyabrında Dakur Olivye, Jan-Pyer Papen və Djozelin Blanşarla birgə Bakıya
getdik. Bundan sonra da orada səfərdə olduq. İndi mənim Bakıya daimi vizam var.
- Bakı necə
şəhərdir?
- Ora sanki Dubaydır. Bakı
YUNESKO-nun mədəni irsi siyahısına daxildir.
- Hafiz Məmmədov
Fransa futboluna bələddir?
- O, daha çox İspaniya futboluna azarkeşlik edir, amma əlbəttə, bizim futbolla da maraqlanır. O, Fransa futboluna kifayət qədər sərmayə yatırmaq istəyir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |