Toşak: "Xəzər Lənkəran"da çətin bir vəzifəni öhdəmə götürmüşəm" Müsahibə
"Xəzər Lənkəran"ın baş məşqçisi Con Benjamin Toşak "Fənərbaxça" ilə yoldaşlıq oyunundan öncə Türkiyənin "Sabah" qəzetinə müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- "Qalatasaray" və "Fənərbaxça"nın
Avropa macərasını izlədinizmi?
- Bəli.
Fatih Terim üçün keçən mövsüm uğurlu oldu. Bilirsiniz ki, Fatih "Qalatasaray"da böyük bir yol qət
etdi. "Real"a (Madrid) qarşı 1/4 finalda oynadı. Bu,
"Qalatasaray" üçün çox yaxşı nəticə idi. "Fənərbaxça" da
yaxşı uğur əldə etdi. Finalı son oyunda əldən verdilər. Əslində mən bu uğurları
"Beşiktaş"da da görmək istəyirəm.
- Türkiyənin üç böyük klubundan təklif gəlsə, bura
dönməyi düşünərsiniz?
- İndi
"Xəzər Lənkəran"dayam və çətin bir vəzifəni öhdəmə götürmüşəm.
Klubumla bir illik müqaviləm var və buradan ayrılmaq həqiqətən asan deyil. Azərbaycandakı
insanlar çox yaxşıdır. Burada xoşbəxtəm. Ancaq gələcəkdə nələrin olacağını bilmərik.
Hələlik burdayam.
- "Fənərbaxça" və "Beşiktaş"ın
UEFA-dan aldığı cəzalar barədə nə deyə bilərsiz?
- Cəzalardan
xəbərim var. Ümid edirəm ki, türk futbolu üçün ən yaxşı qərar çıxararlar. Mən
Türkiyədə olduğum müddətdə danışılmış oyunlarla bağlı heç bir hala rast gəlməmişəm.
Birinin birinə pul verdiyini də görmədim.
- Siz Türkiyədən ayrıldıqdan sonra, futbolumuzun
inkişafını təqib edə bildinizmi?
- Əslində
yaxşı təqib etdiyimi deyə bilmərəm. Çünki oradan 14 il əvvəl ayrılmışam.
1997-1999 mövsümlərində Türkiyədə oldum. Mən oradaykən Türk futbolu çox yaxşı bir dönəmdə idi.
"Qalatasaray" o zamanlar çox güclü idi. Fatihin rəhbərliyi ilə UEFA
Kubokunu qazandılar. Türkiyə milli komandası da çox güclü idi və dünya üçüncüsü
oldu. Hazırkı yığma o qədər güclü deyil. Türkiyədə, "Beşiktaş"da xoşbəxt
idim. Hərçənd türk jurnalistlərlə bir iki problemim vardı. Amma
"Real" (Madrid) kimi bir komandadan sonra "Beşiktaş"da, o
stadionda olmaq çox gözəl idi. "Qalatasaray"a qarşı qazanmış olduğum
kubok çox əhəmiyyətli idi və böyük bir an idi.
- Türkiyədən heç təklif aldınızmı?
- Bir
neçə dəfə telefonuma zənglər gəldi, amma
çox ciddi təkliflər deyildi. Hansı komandalar olduğunu açıqlamaq istəmirəm.
Çox insanla görüşdüyümü deyə bilmərəm. Sabiq prezident Sərdar Bilgili ilə bura
gəlmədən əvvəl görüşdüm. Türkiyədən ayrılmağım çox vaxt keçib. Buna görə də əlaqələr
kəsildi.
Əgər
"Beşiktaş"da olmusunuzsa, "Fənərbaxça" və
"Qalatasaray"a hörmət eşidərsiniz. Amma mənim üçün" Fənərbaxça"
və "Qalatasaray haqqında düşünmək çox çətindir. Onlara böyük hörmətim var. Böyük klublardır və möhtəşəm
tərəfdarları var. Amma Türkiyədə mənim komandam "Beşiktaş"dır və həmişə
də "Beşiktaş"lı olacağam.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |