Georgi Çixradze: “Yaxşı oyun göstərdik”
Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində ilk
yoldaşlıq görüşünü keçirən “Simurq”, “Olimpiakos”la görüşdə 2:1 hesabı ilə məğlub
oldu. Stadium.az xəbər verir ki, qarşılaşmadan sonra "Simurq"un baş məşqçisi
Georgi Çixradze oyun haqqında fikirlərini klubun rəsmi saytı ilə bölüşdü:
"Güclü rəqiblə görüş, bizim baxımımızdan çox yaxşı sparrinq oldu. Bu mərhələdə
özümüzü yoxlaya bildik. Oyun haqqında isə onu deyə bilərəm ki, “Olimpiakos”
yüksək səviyyəli komandadır. Hər il Çempionlar Liqasında mübarizə aparır. Biz
isə xüsusən birinci hissədə pis görünmədik. Rəqib demək olar ki, bizə qarşı
eyni səviyyəli üç heyətlə mübarizə apardı. Hər yarımsaatdan bir dəyişiklik
edirdilər. Əlbəttə ki, bizim komandamız isə hələ tam formalaşmayıb. Məğlub
olmağımıza baxmayaraq, bu mənzərədən demək olar ki, ilk hissədə penaltidən
yararlana bilməsək də, yaxşı oyun göstərdik. Düşünürəm ki, əsas heyəti qurmaq
prosesini davam etdirməliyik. Seleksiya işləri hələ başa çatmayıb”.
Gürcü mütəxəssis hansı mövqelərə yeni futbolçuların
transfer edilməsi ilə bağlı sualı belə cavablandırdı: "Bizə hazırda
hücumçu, mərkəz yarımmüdafiəçisi və mərkəz müdafiəçisi lazımdır”.
O, həmçinin hazırda baxışda olan Eudi Silvanın
oyununuda dəyərləndirdi: “Eudis demək olar ki, bu gün özünü pis göstərmədi.
Ancaq düşünürəm, o, hələ tam potensialın ortaya qoya bilmədi. Çünki hazırda
“Olimpiakos” kimi güclü rəqibə qarşı oynamağa hazır deyil. Hansı ki, tezliklə
Çempionlar Liqasında mübarizə aparacaq. Hazırlığı fonunda onun yaxşı vəziyyətləri
olsa da, tam səviyyəsini göstərə bilmədi”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |