"Skenderbeu"nun baş məşqçisi: "Ancaq futbolda önəmli pul yox, oynamaqdır" Müsahibə
Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan Albaniya "Skenderbeu"sunun baş məşqçisi Mirsal Yosa bu gün oyunöncəsi mətbuat konfransı keçirib.
- Sabah bizim üçün çox vacib bir oyundur. Bu, həm
özümüz, həm də Albaniya futbolu üçündür. Bildiyiniz kimi, biz ölkəmizin üçqat
çempionuyuq. İstəyirik ki, son 2 mövsümdə daha yaxşı oyun göstərək, nəticə
qazanaq. Oyunun çətinliyini dərk edirik. Hansı komandaya qarşı oynadığımızı
bilirik. Komandanın maliyyə vəziyyəti haqda məlumatımız var. Ancaq futbolda önəmli
pul yox, oynamaqdır. Biz təkcə Albaniyadan yox, daha güclü komandalar qarşı da
oynamışıq. “Neftçi” kimi Avstriyada təlim-məşq toplanışı keçmişik. Təlim-məşq
toplanışında oyunumuzu gördülər, biz də həmçinin onların. Ancaq “Neftçi” ilə
sabahkı oyunda fərqli komanda görəcəyik. Komandalara “Fair Play” arzulayıram. Mən
futbolçularıma inanıram.
-
“Neftçi”dən hansı futbolçulardan ehtiyatlanırsınız?
- Rəqibimizin bir neçə oyununa baxmışıq. Çox güclü
futbolçuları var. Təbii ki, canlı oyun videogörüntüdən fərqlənir. “Neftçi”nin
kapitanını (Rəşad Sadiqov nəzərdə tutulur-red) fərqləndirərdim. 7 nömrənin
(Araz Abdullayev) yaxşı keyfiyyətləri var. Orta xətdə braziliyalı futbolçunu
(Flavinyo) qeyd edərdim. Çünki çox fərqli oyun üslubuna malikdir. 10 nömrəli
futbolçu (Julius Vobay) da yaxşı fərdi keyfiyyətlərə malikdir. Həmin
futbolçular oyunda öz sözlərini deyə bilərlər.
-
“Neftçi”nin güclü azarkeş dəstəyinə malik olmağı sizi qorxutmur?
- Futbolda qorxaq oynamaq lazım deyil. Böyük dəstəyin
olmağı normal haldır. Belə atmosferdə oynamaq daha yaxşıdır. Arzu edirəm ki,
sabah həm burda, həm də evdə yaxşı dəstək olsun.
-
“Neftçi”dəki həmkarınız hücum futbolu oynayacağını, rəqibdən açıq futbol görmək
istədiyini deyir...
- Əminəm ki, “Neftçi” hücum futbolu oynayacaq.
Yalnız müdafiə olmaq fikrində deyilik. Biz də hücum futbolu oynayacağıq. Müdafiə
futbolu oynayanda, özümüz üçün problem yarada bilərik. Beynəlxalq oyunlarda təcrübə
çox vacibdir. “Neftçi”nin ötən mövsüm uğurlu çıxışı, nəticələrdən xəbərimiz
var. Ancaq əsas hazırkı şərait, ab-hava daha vacibdir.
-
Böyükağa Hacıyev mətbuat konfransında onu da bildirib ki, Albaniyadakı oyun
onlar üçün evdəkindən asan olacaq...
- Fikrimcə, hər oyun çox çətin olacaq. Biz indi ikinci oyun haqda fikir yürüdə bilmərik. İlk 90 dəqiqəni oynasaq, cavab matçını sonra fikirləşərik. Əgər burda yaxşı nəticə qazansaq, evdə bizə daha çətin olacaq. Çünki “Neftçi”nin ötən mövsüm Avropa Liqasında səfərdəki nəticələri - Kiprdə APOel, İtaliyada “İnter”lə oyunlarda qazandıqlarından xəbərimiz var.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |