"Xəzər Lənkəran"ın veteranları və azarkeşləri ölkə başçısına müraciət ünvanladılar
“Xəzər Lənkəran” veteranları klubu, “Bosman” və “Caspian Ultras” fanklublarının, eləcə də “12-ci oyunçu” azarkeş qrupunu ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb. Stadium.az xəbər verir ki, müraciətdə ölkə kubokunun finalında “Neftçi” ilə oyundan sonra baş verənlər göstərilib:
“Son illər
Azərbaycan futbolunda baş verən neqativ hallar 28 may 2013-cü il tarixində
keçirilən kubokun final oyununda özünün kulminasiya nöqtəsinə çatmışdı ki, bu
da ölkənin futbol ictimaiyyəti tərəfindən kəskin etirazla qarşılandı. Final
matçı bitdikdən sonra baş verən biabırçı hadisələr Azərbaycan futbolundakı
özbaşınalığın məntiqi nəticəsi idi. Belə ki, finala qədər keçirilən istər
çempionat, istərsə də kubok oyunlarında hakimlərin tapşırıqlara riayət etməsi
ucbatından birtərəfli idarəçiliyi, həmçinin dəfələrlə futbolçuların meydanlarda
döyülməsinə göz yumulması finalda baş verənlərin yaşanmasına zəmin yaradırdı.
Bu vaxta qədər hakimlərin bir komandaya canla-başla qulluq etmələrinə müxtəlif
formalarda don geydirilir, bir klubun əməkdaşlarının bütün qeyri-insani və
zorakı hərəkətləri ört-basdır edilirdi”.
Müraciət
müəllifləri olayların səbəbkarı olan günahkarların cəzalandırılmasını istəyirlər:
“Final qarşılaşmasında təhlükəsizliyin təmin olunmaması isə bunacan ört-basdır
edilən hərəkətlərin qabarıq şəkildə görünməsinə gətirib çıxartdı. 28 may
tarixində baş verən hadisələrin videogörüntüləri internet saytları və sosial şəbəkələr
vasitəsi ilə bütün dünyaya yayıldı. Həmin görüntülərdəki biabırçı mənzərə isə əlbəttə
ölkəmizin beynəlxalq nüfuzuna zərbə kimi dəyərləndirilməlidir. Məhz bu səbəbdən
də “Xəzər Lənkəran” klubunun veteranları və fanklubları Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə müraciət ünvanlayaraq, Azərbaycan futbolunda baş verən
özbaşınalıqların yaranmasında günahkar olan şəxslərin vəzifələrindən kənarlaşdırılmasını
və cəzalanmasını xahiş edir. Veteran futbolçularımız və azarkeşlərimiz inanır ki,
dövlət başçısının müdaxiləsi nəticəsində ölkə futbolunda cəzasız qalan
özbaşınalığa son qoyulacaq”.
Qeyd edək
ki, müraciət bu gün ölkə başçısına göndərilib.
12cioyuncu.info
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |