Naci Şensoy: “Foqtsun daha 5 il yaşayacağına kim zəmanət verə bilər ki?” Müsahibə
“İNTER”, “QARABAĞ” VƏ “XƏZƏR LƏNKƏRAN” KLUBLARI “NEFTÇİ”Nİ SAÇINDAN TUTUB AŞAĞI ÇƏKMƏMƏLİDİR”
Bir zamanlar “Turan”ı çalışdıran Naci Şensoy hazırda Albaniya liqasında işləyir. Hər zaman milliyə baş məşqçi namizədlər arasında adı hallanan türk əsilli məşqçiylə söhbətləşdik. Həm geridə qalan mövsüm, həm də millimizin son oyunu barədə.
- Naci bəy, necəsiz, necə keçdi mövsüm?
- Albaniyada kubok finali məni bir balaca yordu. Albaniya Liqası bir az aqressiv keçdiyi üçün, bir balaca yorulmuşam və dincəlirəm. Çalışdırdığım kiçik bir komanda olan “Bilis”i finala çıxartdım, ancak federasiya kuboku bizə vermək istəmədi və təxminən 100 dəqiqə 10 nəfərlə oynadıq. Sonda da kuboku rəsmən “Laçi”yə hədiyyə etdilər.
- Azərbaycan futbolunu yenə izləyirsizmi?
- Əlbəttə, mümkün olduğu qədər internetdən izləyirəm.
- Sizcə bu mövsüm necə keçdi?
- Tam səmimi deyirəm, “Neftçi”ni təbrik edirəm. Çox uğurlu mövsüm keçirərək həm çempion oldular, həm də kuboku qazandılar. Bu komandanın qazandığı uğurlar təkcə düzgün iş görmələrinin nəticəsi deyil. Klubun prezidentini tanımıram, amma baxıram ki, o, çox yaxşı işlər görür. Həm də təkcə o yox, bütün rəhbərlik peşəkarca çalışır. Onlar klubun adını, prestijini yuxarılara yüksəltməyi bacardılar. “Bakı”, “Xəzər Lənkəran”, “İnter”, “Qarabağ” kimi klubların bu yöndə sağlam rəqib olmamaları da, “Neftçi”nin belə uğur qazanmasına səbəb oldu. Məncə güclü rəqabətin olmamasından bu komanda son 3 ildə maksimum yararlandı.
- Kubokun finalına baxdız?
- Finalı izlədim, normal oyun oldu. Təəssüf edirəm ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da belə dava-dalaşlı olay yaşandı. İnkişaf üçün addımlayan bir ölkənin futbolu üçün yaxşı hal olmadı. Çünki bu məqam hər yerdə Azərbaycan üçün neqativ bir reklam oldu. Buna görə də, qalmaqala səbəb olan aktyorları cəzalandırmalı, lazım gələrsə futboldan silib atmaq lazımdır. Heç kimin haqqı yoxdur ki, azərbaycanlıları “fair-play”’ə kölgə salacaq duruma düşürsün, öz vətənini dünyaya bu cür tanıtması üçün onları buna təhrik etsin.
- Sizcə, bu mövsüm Avrokuboklarda hansı klubumuz uğurla çıxış edəcək?
- Məncə “Neftçi” yenə uğurlu çıxış edəcək. Təbii ki, bu heyətlərini qoruya və daha da gücləndirə bilsələr. Digər klublar isə idarəetmədə çox böyük səhvlər edir. Xüsusən də “Bakı” klubu. Digər klublar “Neftçi” ni saçından tutub aşağı çəkməməli, bu komandaya qarşı qısqanclıq hisləri yaşamamalıdırlar. Tam tərsinə olaraq, “Neftçi”nin qazandığı bu uğurun daha yaxşısını “necə edə bilərəm” deyə iş görməlidirlər. Ancaq belə bir düşüncə Azərbaycan futbolunu irəliyə apara bilər.
- Azərbaycan Lüksemburq oyununu izləmisiniz?
-Yox, təəssüflər olsun, baxa bilmədim. Nəticəni eşidəndə isə çox üzüldüm.
- Sizə deyim də, bəxtimiz gətirdi ki, bir xal qazana bildik...
- Mən bir neçə dəfə demişəm, yenə də təkrar edirəm, Azərbaycan millisini yerli məşqçi çalışdırmalıdır. Çünki Berti Foqts həm uğursuzdu, həm də uğur qazanmaq üçün can yandırmır. Uğur qazanmaq üçün Foqtsda heç bir həyacan görmürəm. O, sadəcə olaraq Azərbaycana gələndə günlərini sayır, pulunu alır, Alaminyaya dönərək istirahəti ilə məşğul olur. Əgər sən doğma meydanda Lüksemburqu uda bilmirsənsə, daha niyə oturursan orda? Tam əminliklə deyə bilərəm ki, yerli məşqçi olsaydı, belə nəticədən sonra bəlkə də, artıq onu qovmuşdular. Berti Foqtsla yollar dərhal ayrılmalı, Azərbaycan millisi yerli məşqçiyə həvalə olmalıdır. Bu da ya Qurban Qurbanov, ya da Böyükağa Hacıyev olmalıdır. Klubdan fərqli olaraq, millidə baş məşqçi öz hislərini, emosiyalarını futbolçulara dolğun şəkildə çatdırmalıdır. Əgər bunu tərcüməçi çatdırırsa, orada çətin ki, uğur ola.
- Naci bəy, amma AFFA Foqtsu göndərmək istəmir...
- Bax, belə inad da Azərbaycan futbolunu qabağa aparmayacaq. AFFA rəhbərliyi bu inadından əl çəkib bir düşünməlidir ki, arxada qalan bu illər ərzində Foqts onlara nə verib? Ağılları varsa və düşünsələr görəcəklər ki, heç bir şey.
- Bizim millidən təklif gəlsə qəbul edərsiz?
- Təbii ki, hər şeydən əvvəl bu mənim üçün böyük bir şərəf olar. O vaxt Ramiz Mirzəyev məni milliyə baş məşqçi gətirəcəkdi, amma vaxtsız vəfatı buna əngəl oldu. O da şanssız oldu, mən də. Naci Şensoy olaraq Azərbaycan millisində uğurlu olacağıma heç kim şübhə edə bilməz. Unutmayın, Türkiyə futbol tarixində UEFA PRO lisenziyasını alan ilk məşqçi mənəm və indiyədək 6 müxtəlif ölkədə çalışdım. Həm Bolqarıstanda, həm də Albaniyada balaca bir klubu iki dəfə kubokun finalına çıxartdım. “Neftçi” və “Qalatasaray” kimi böyük klublarda uğur qazanmaq asan işdir, əsas uğur odur ki, bunu balaca - kiçik bir klubda qazanasan.
- Foqts bildirib ki, onun əsas məqsədi “Avro
- Vay, vay... Bu, sadəcə arsızlıqdır. Necə yəni 2018? Buna hələ 5 il var. Foqts isə 70 yaşında, onun daha 5 il yaşayacağına kim zəmanət verə bilər ki? Foqts tam olaraq Türkiyə millisini çalışdıran Abdullah Avcıyla eyni mövqedən çıxış edir. Bu tamamilə səhv bir fikirdir. Heç kim Foqtsa deməyib ki, 5 il sonranın komandasını indidən qur. Türklərin Abdullah Avcıya demədiyi kimi. Millini çalışdıran məşqçi əvvəlcə qarşıdakı oyunu fikirləşməli, bununla yanaşı sistemini də oturtmağa çalışmalıdır.
- Sizcə Azərbaycan millisindəki bu futbolçularla böyük uğurlar qazanmaq olar?
- Niyə olmasın? Məsələ futbolçularda deyil ki. Əsas iş odur ki, Azərbaycan Premyer Liqasınn bütün oyunlarını izləmək, digər klubların məşqçiləriylə səmimi dialoqlar qurmaq, onların fikirlərini öyrənmək və analiz etmək lazımdır. Millinin məşqçisi 24 saat AFFA-dan çıxmamalı, futbolun inkişafı üçün çalışmalıdır.
Söhbətləşdi: ELNUR, “Het-trik news”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |