"Yığmamızın ardıcıl ikinci dəfə finala yüksəlməsi yaxşı nəticədir"
AFFA-nın prezidenti Rövnəq Abdullayev III Caspian Cup beynəlxalq turniri ilə bağlı affa.az saytına fikirlərini bildirib:
"Mayın 29-dan iyunun 5-dək olan müddətdə ölkəmizin
futbol ictimaiyyəti AFFA-nın təşkil etdiyi kifayət qədər maraqlı bir turnirin
oyunlarına şahidlik etdi. Tam əminliklə demək olar ki, III Caspian Cup yüksək səviyyədə
təşkil olundu. Artıq ənənə halını almış bu turnirin müxtəlif qitələrdən olan
iştirakçıları təşkilati işlərlə bağlı razılığını dəfələrlə bildirib, növbəti
illərdə bu yarışda çıxış etməyi arzuladıqlarını dilə gətiriblər.
İlk dəfə 2010-cu ildə keçirilmiş Caspian Cup böyük
marağa səbəb oldu. Bu il isə iştirakçı komandaların sayı 12-ə çatdırıldı.
Turnirin əhəmiyyətli cəhətlərindən biri də müxtəlif qitələri təmsil edən,
ayrı-ayrı futbol xüsusiyyətlərinə malik olan komandaların burada mübarizə
aparmasıdır. ABŞ, Yaponiya, Uruqvay, Türkiyə və digər yığmaların oyunu böyük
marağa səbəb oldu.
III Caspian Cup turniri çərçivəsində keçirilmiş
oyunları Azərbaycanla yanaşı, müxtəlif qitələrdə yerləşən ölkələrin futbol
azarkeşləri də canlı izləyə bildilər. Onlara bu imkanı İdman Azərbaycan
televiziya kanalı ilə yanaşı, affatv.az saytı da yaratdı.
Nəticələrə gəlincə, Türkiyə yığmasını III Caspian
Cup beynəlxalq turnirinin qalibi olması münasibətilə təbrik edirəm. Türkiyəli
futbolçular bu turnirin tarixində ikinci dəfə kuboku başları üzərinə
qaldırdılar.
Azərbaycan yığmasının ardıcıl ikinci dəfə finala
yüksəlməsi yaxşı nəticədir. Komandanın əldə etdiyi nəticələrdəki sabitlik
inkişafın göstəricisidir.
Caspian Cup turnirinin keçirilməsi barədə FIFA və
UEFA müvafiq qaydada məlumatlandırılır və beynəlxalq futbol qurumları ölkəmizdə
belə bir beynəlxalq yarışın keçirilməsini yüksək qiymətləndirir. Bu amil gələcəkdə
Azərbaycanda qitə və dünya miqyaslı turnirlərin təşkil olunmasına müsbət təsirini
göstərəcək.
Caspian Cup beynəlxalq turnirinin qarşıdakı illərdə
də müvvəffəqiyyətlə təşkil olunacağına ümid edir, iştirakçılara təşəkkürümü
bildirir və bütün qalibləri bir daha təbrik edirəm".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |