Rahid Əmirquliyev: Kubokda da rekordçu

26.04.2013 | 4242 dəfə oxunub

Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Bakı” ilə cavab oyunu (2:0) “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev üçün əlamətdar olub. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi bu görüşdə meydana çıxmaqla rekord müəyyənləşdirib.
 
“Xəzər Lənkəran”ın heyətində ən çox oyun keçirən futbolçu kimi rekorda malik müdafiəçi 35-ci kubok oyununa çıxdı. Bununla da o, klub rekordunu müəyyənləşdirib. Bunadək Alim Qurbanovla şərikli rekorda (34 oyun) sahib olan Əmirquliyev sabiq komanda yoldaşını arxada qoyub.
 
Kapitan komandanı finala çıxaran topa imza atmaqla rəqib qapılarına vurduğu qolların sayını 26-ya çatdırıb. Bununla da Rahid braziliyalı Mario Souzaya çatıb. Yalnız klubun 2 ən yaxşı bombardiri – Zaur Ramazanovla Samir Əliyevdən geri qalan kapitan hazırda 3-cü pilləyə şərikdir.
 
 
“Xəzər Lənkəran” tarixinin ən yaxşı 5 bombardiri
1Zaur Ramazanov44
2Samir Əliyev34
3-4Rahid Əmirquliyev26
 Mario Souza26
5İvan Tsvetkov24
 
Vurduğu qolların 6-nı kubokda rəqib qapısından keçirən Əmirquliyev bu yarışdakı bombardirlər sırasında da 3-cü pilləyə şərik olub. Burada o, Ramazanova da çatıb.
 
Kubokda 5 və daha çox qol vuran “Xəzər Lənkəran”lılar
1Vüqar Nadirov13
2Samir Əliyev9
3-6Rahid Əmirquliyev6
 Rəşad Abdullayev6
 Zaur Ramazanov6
 Xorxe Dias6
7Mario Souza5



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail