Stadium.az © 2012-2024. Bütün hüquqları qorunur. Texniki dəstək: Netservice.az
Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməlidir.
Klub prezidentinə 5 oyunluq cəza
13.11.2012 | 3591 dəfə oxunub
Bu gün AFFA İntizam Komitəsinin toplantısı keçirilib. Stadium.az AFFA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib:
09 noyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IX turunun təxirə salınmış “Neftçi” – “Kəpəz” matçının 26-cı dəqiqəsində “Neftçi” klubunun 6 №-li futbolçusu Eşqin Quliyevlə, “Kəpəz” klubunun 9 №-li futbolçusu Ziyabil Məmmədov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 4 oyunluq cəzalanır, klublar 2000 manat cərimə olunur (maddə 38.3).
10 noyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun IX turunun “Tərəqqi” – “Şuşa” matçında “Tərəqqi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
10 noyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun IX turunun MOİK – “Qaradağ Lökbatan” matçının 74-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 3 №-li futbolçusu Natiq Əkbərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyunun 74-cü dəqiqəsində MOİK klubunun 2 №-li futbolçusu Ramin Tanrıverdiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).
Oyun başa çatdıqdan sonra matçın protokolunda “Qaradağ Lökbatan” klubunun 17 №-li futbolçusu Novruz Ələkbərovun hakimi təhqir etməsi göstərilmişdir. Lakin müzakirələr zamanı belə halın baş vermədiyi aşkar edildiyi üçün futbolçuya göstərilmiş qırmızı vərəqə ləğv edilir (maddə 19).
Oyun başa çatdıqdan sonra “Qaradağ Lökbatan” klubunun prezidenti Tahir Mustafayev hakimi təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur (maddə 42.4).
Matçın hakimlərinin idarəçiliyini qiymətləndirdikdən sonra Hakimlər Komitəsi İntizam Komitəsinə məlumat versin.
11 noyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun IX turunun “Lokomotiv” – “Şəmkir” matçının 20-ci dəqiqəsində “Lokomotiv” klubunun 1 №-li futbolçusu Ələkbər Vəliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
09 noyabr 2012-ci il Futzal üzrə Azərbaycan çempionatının PSL – “Baku Flames” matçının 28-ci dəqiqəsində PSL klubunun 15 №-li futbolçusu Namiq İsgəndərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
11 noyabr 2012-ci il Futzal üzrə Azərbaycan birinciliyinin “Ağdaş” – “Neftçi”İSM matçında “Ağdaş” klubunun iştirak etmədiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
11 noyabr 2012-ci il Futzal üzrə Azərbaycan birinciliyinin “Admiral” – MTD matçının 23-cü dəqiqəsində MTD klubunun 6 №-li futbolçusu Bəhram Abdinov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).
Oyunun 30-cu dəqiqəsində “Admiral” klubunun 77 №-li futbolçusu Asim Bəxtiyarov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
11 noyabr 2012-ci il Futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin “Ulduz” – “Çinar” matçının 33-cü dəqiqəsində “Ulduz” klubunun 9 №-li futbolçusu Aqşin Cəfərov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
11 noyabr 2012-ci il Futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin “Titan” – “Akkord” matçı başa çatdıqdan sonra “Akkord” klubunun 15 №-li futbolçusu Ceyhun Ramazanov hakimi təhqir etdiyinə görə futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
10 noyabr 2012-ci il Futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin “İnci” – “Turan” matçının 42-ci dəqiqəsində “İnci” klubunun 10 №-li futbolçusu Tofiq Aslanov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
11 noyabr 2012-ci il Futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin “Abşeron” – “Sazz” matçının 40-cı dəqiqəsində “Sazz” klubunun 99 №-li futbolçusu Musa Mirzəzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
12 noyabr 2012-ci il "Azercell U-17 Liqa"nın “İnter” – “Bakı” matçının 80+1-ci dəqiqəsində “Bakı” klubunun 17 №-li futbolçusu Azamat Qarayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).
08 noyabr 2012-ci il U-16 Liqasının “Bakı-008” – “Neftçi” matçının 52-ci dəqiqəsində “Bakı-008” klubunun 1 №-li futbolçusu Məhəmməd Eyvazov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Oyunun 68-ci dəqiqəsində “Neftçi” klubunun 6 №-li futbolçusu Kamran Nəcəfzadə aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).
Matçın 78-ci dəqiqəsində “Bakı-008” klubunun 18 №-li futbolçusu Qardaşxan Qardaşxanlı idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
04 noyabr 2012-ci il U-16 Liqasının “İnter” – “Qarabağ” matçında təcili tibbi yardım briqadası iştirak etmədiyi üçün meydan sahibi kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 61).
04 noyabr 2012-ci il U-16 Liqasının “Bakı-008” – AZAL matçının 77-ci dəqiqəsində “Bakı-008” klubunun 9 №-li futbolçusu Cəlal Cəfərovla AZAL klubunun 15 №-li futbolçusu Zaur Əliyev bir-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanır(maddə 42.1).
04 noyabr 2012-ci il U-16 Liqasının RİOEUGİM – “Turan” matçında “Turan” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
06 noyabr 2012-ci il "Kapital U-15 Liqa"nın “Xəzər Lənkəran” – “Simurq” matçında “Simurq” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
10 noyabr 2012-ci il U-14 Liqasının “Xaçmaz” – ŞKGB matçında ŞKGB klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
11 noyabr 2012-ci il U-14 Liqasının “Bakı-008” – AZAL matçında “Bakı-008” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
Klub 3-cü dəfə oyunlara gəlmədiyi üçün yarışlardan kənarlaşdırılır.
11 noyabr 2012-ci il U-14 Liqasının UGİM (Qax) – UGİM (Ağdaş) matçında UGİM (Qax) klubu tam heyətlə iştirak etmədiyi üçün kluba 0:3 heasablı texniki məğlubiyyət verilir (maddə 56).
11 noyabr 2012-ci il U-14 Liqasının “Laçın” – “Qarabağ” matçının 42-ci dəqiqəsində “Qarabağ” klubunun 20 №-li futbolçusu Orxan Cəfərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
03 noyabr 2012-ci il U-14 Liqasının “Xəzər Lənkəran” – “Lerik” matçında “Lerik” klubunun 13 №-li futbolçusu Şamo Qubadovun əvəzinə başqa futbolçu iştirak etdiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
03 noyabr 2012-ci il U-14 Liqasının UGİM (Ağstafa) – UGİM (Tovuz) matçında UGİM (Tovuz) klubunun heyətində Elvin Sadıqov saxta lisenziya ilə iştirak etdiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. Futbolçunun iştirak etdiyi bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
04 noyabr 2012-ci il U-14 Liqasının “Masallı” – “Xəzər-92” matçında “Masallı” klubunun heyətində Fuad Abdullayev saxta lisenziya ilə iştirak etdiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. Futbolçunun iştirak etdiyi bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
10 noyabr 2012-ci il "Coca-Cola U-13 Liqası"nın “Gənclik Gimnaziya” – “Qoşqar” matçında “Gənclik Gimnaziya” klubunun 16 №-li futbolçusu Qismət Əliyevin əvəzinə başqa futbolçu iştirak etdiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
10 noyabr 2012-ci il "Coca-Cola U-13 Liqası"nın “Yalama” – ŞKGB matçında ŞKGB klubunun 8 №-li futbolçusu Ramin Süleymanovun əvəzinə başqa futbolçu iştirak etdiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
04 noyabr 2012-ci il "Coca-Cola U-13 Liqası"nın UGİM (Ağdaş) – “Simurq” matçında UGİM (Ağdaş) klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
10 noyabr 2012-ci il "Coca-Cola U-13 Liqası"nın UGİM (Quba) – “Şahdağ” matçının 12-ci dəqiqəsində UGİM (Quba) klubunun 9 №-li futbolçusu Balaş Ağayev təhqiredici ifadələrə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).
10 noyabr 2012-ci il U-11 Liqasının “Xızı” – “Xudat” matçında “Xudat” klubunun tam heyətlə iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
11 noyabr 2012-ci il U-11 Liqasının UGİM (Saatlı) – “Füzuli” matçının 12-ci dəqiqəsində UGİM (Saatlı) klubunun 7 №-li futbolçusu Kamil Rzayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
11 noyabr 2012-ci il U-11 Liqasının UGİM (İsmayıllı) – UGİM (Oğuz) matçının 15-ci dəqiqəsində UGİM (İsmayıllı) klubunun 13 №-li futbolçusu Murad Hacalıyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Borussiya"dan Ceydon Sanço qərarı
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
01:23 "Fənərbaxça"da itki
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
17:52 "Qarabağ" - "Linkoln"
14:57 PSJ Verrattini satır
18.07.2023
17.07.2023
16.07.2023
12:37 PSJ yeni futbolçu aldı
15.07.2023
18:02 "Yuventus"dan "Latsio"ya
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |