"Mahmud Qurbanov ölkəmizin ən yaxşı məşqçilərindən biri olacaq"
Türkmənistanda fəaliyyət göstərən Azərbaycan diasporasının sədri Vidadi Sadıxov “Kəpəz”in sayılıb-seçilən azarkeşlərindəndir. O, Gəncədə anadan olub, uşaqlıq illəri doğma şəhərində keçib. Sonradan ali təhsillə bağlı Türkmənistana köçüb və 1977-ci ildən Asiya ölkəsində yaşayır. Məsafə uzaqlığına baxmayaraq, yaxınlarına baş çəkmək üçün tez-tez ana vətəninə gəlir. Nizami yurdunda olduğu müddətdə isə onu Gəncə şəhər stadionunda “Kəpəz” və “Tərəqqi”nin oyunlarında eləcə də məşqlərində görmək mümkündür.
Vidadi Sadıxov pfckapaz.com saytına müsahibə verib.
Stadium.az həmin müsahibəni təqdim edir:
Vidadi müəllim, futbola marağınızdan bəhs edərdiniz.
Uşaqlıqda
dövründə tanınmış məşqçi Konstantin Abramenkonun yanında futbolla məşğul
olmuşam. Rəhmətliyin sevimli futbolçularından idim. Asif Əliyev, Şahmir
Hüseynov və Fuad İsmayılovla bir yerdə məşq etmişəm. Amma futbolçu olmadım, ali
təhsilə üstünlük verdim. Bununla belə futbolu çox sevirəm, Azərbaycan, Türkmənistan
futbolunu yaxından izləyirəm. Azərbaycan yığmasının və klublarımızın
avrokuboklardakı çıxışı ilə maraqlanıram.
Gəncə futbolu ilə bağlı fikirlərinizi də bilmək
maraqlı olardı.
Şəhərimizdə
həmişə yüksək səviyyəli futbol olub və olacaq da. Gəncə futbolu ölkəmizə güclü
futbolçular bəxş edib. Kostya dayının (Konstantin Abramenko - nəzərdə tutulur)
məşq qruplarından xeyli yaxşı futbolçu çıxıb. Ümid edirəm ki, yaxın zamanda
komandalarımız yenidən ən güclülərdən olacaq. Bu gün Gəncə futbolunda iki peşəkar
klubun olması təqdirə layiq haldı. “Tərəqqi” şəhər futbolu üçün ehtiyat qüvvə
yetişdirir ki, buna ancaq sevinmək olar.
Mahmud Qurbanovun “Kəpəz”ə baş məşqçi təyinatını
necə qarşıladız?
Çox
düzgün təyinatdı, mən bunu alqışlayıram. Mahmud yaxşı futbolçu olub. Əminəm ki,
o, ölkəmizin ən yaxşı məşqçilərindən biri olacaq. Ondan çox şey gözləyirəm.
Bilirəm ki, mənim kimi bütün gəncəlilər də bu fikirdədirlər.
Qurbanov gənclərə yer verməsi ilə seçilir. Bunu necə
qiymətləndirirsiz?
Dünya
futbolunda da belədir. Gənclər də tədricən oynamalıdılar. Onlara güvənmək yaxşı
addımdı. ”Kəpəz”in oyunlarına baxıram. Gənclər arasında Məhərrəm Hüseynovun
oyununu bəyənirəm. Öz üzərində çalışan futbolçudur. Digərlərindən isə Bəxtiyar
Soltanovun çıxışını fərqləndirərdim.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |