Olimpiya çempionumuz subaylığın daşını atdı
Olimpiya çempionumuz Şərif Şərifov subaylığın daşını atıb. Stadium.az xəbər verir ki, XXX London Yay Olimpiya Oyunlarının qızıl medalçısı doğulub, boya-başa çatdığı Dağıstanda toyu olub. Sərbəst güləşçimiz Əminət adlı xanımla ailə həyatı qurub.
“Rusiya” restoranında keçirilən toyda səbəbkarları təbrik etməyə çoxlu tanınmış atletlər, məşqçilər, idman funksionerləri gəlib. Onlar arasında sərbəst güləş millimizin sabiq baş məşqçisi Məhəmmədxan Aratsilov, Şərifin şəxsi çalışdırıcısı Ənvər Məhəmmədhacıyev, millimizin dağıstanlı legionerləri Cəmalıddin Məhəmmədov, Əli Məhəmməddebirov, Səid Həmidov, həmçinin London-2012-nin bürünc mükafatçısı boksçumuz Məhəmmədrəsul Məcidov da olub.
Toyun gedişində Azərbaycan Güləş Federasiyasının (AGF) I vitse-prezidenti Namiq Əliyevin başçılıq etdiyi nümayəndə heyəti də gəlib. Onlar arasında sərbəst güləş yığmamızın baş məşqçisi Saypulla Absaidovla və AGF-nin vitse-prezidenti Məhəmməd Əliömərov da yer alıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |