“İnter”dən rekord seriyalar
Bakının “İnter” klubu Topaz Premyer Liqasının 2012/13-cü il mövsümünün rekordçusu olub. Stadium.az PFL-in rəsmi internet saytına istinadən xəbər verir ki, X turun “Bakı” ilə keçirilən qarşılaşmasında (0:0) qol buraxmayan “bankirlər” ardıcıl 5-ci qarşılaşmada qapısını toxunulmaz saxlayıb. Kaxaber Sxadadzenin yetirmələri sonuncu dəfə avqustun 25-də “Turan”la matçda qol buraxıb. Həmin görüşün 84-cü dəqiqəsində Georgi Lomayanı məyus edən Azər Məmmədov hələlik “İnter”in qapısına qol vuran sonuncu futbolçudur.
Mövsümün rekordu
Ardıcıl 5-ci quru oyununu keçirən “İnter” cari mövsümün “Simurq”a məxsus rekordunu arxada qoyub. Belə ki, zaqatalalılar ardıcıl 4 matçda qol buraxmamışdı. Onlar 2-5-ci turlarda qapısını toxunulmaz saxlamışdı.
Pietrzkieviç hələ də zirvədə
Lakin “Simurq” klubunun qapıçısı David Pietrzkieviçə məxsus mövsümün fərqli rekordu hələ də qırılmayıb. Belə ki, 380 dəqiqə boyu komandasının qapısını toxunulmaz saxlayan polşalı legionerdən fərqli “İnter”in seriyasını 1 deyil, 2 qapıçı davam etdirib. Quru oyunlardan 3-də Georgi Lomaya, 2-də Revaz Tevdoradze qapıda durub. Bu isə o deməkdir ki, son qolu buraxan Lomayanın seriyası 366 dəqiqəyə çatıb. Revaz isə hələ də ölkəmizdə qol buraxmayıb. Georginin Davidin rekordunu qırması üçün cəmi 15 dəqiqə lazımdır.
Tarixdə 3-cü dəfə
“İnter”in ardıcıl 5 oyun qapısından qol buraxmaması təkcə mövsümün deyil, həm də klubun öz rekordudur. Belə ki, nə 2004-cü ilə kimi “Xəzər Universiteti”, nə də həmin vaxtdan “İnter” olan komanda bundan artığını bacarmayıb. Bakılılar 2004/05 və 2007/08 mövsümlərindəki ən uzun quru seriyalarında da indiki kimi 5 matç qapısını toxunulmaz saxlayıb. 5 ildən sonra rekordunu növbəti dəfə təkrarlayan “İnter” artıq növbəti turda klub tarixinin yeni nailiyyətinə imza ata bilər.
Maraqlıdır ki, indi olduğu kimi əvvəlki 5 matçlıq seriyalar da 1 deyil, bir neçə qapıçının əməyi sayəsində mümkün olmuşdu. 2004/05 mövsümündə 19-23-cü turlarda Vitali Varivonçik və Konstantin Qusev 484, 2007/08 mövsümündə 8-12-ci oyunlarında Svilen Semyonov, Elxan Həsənov və Cahangir Həsənzadə ümumilikdə 495 dəqiqə “İnter”in qapısını “kilidləmişdi”. İndi isə bu seriya 456 dəqiqəyə bərabərdir. Dəqiqə baxımında ən uzun seriyanın müəyyənləşməsinə isə 40 dəqiqə də kifayətdir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |