Poştiqa: “Azərbaycana qol vuracağıma söz vermirəm”
Dünya
çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Braqada Azərbaycan millisinin
qəbul edəcək Portuqaliya yığmasının hücumçusu Elder Poştiqa yerli mətbuata
müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:
- Komandanızı
Azərbaycanla oyuna hazır saymaq olar?
- Deyərdim ki, hə. Dünən axşam məşqi ilə hazırlığı
yekunlaşdırdıq. Düşərgədə əhval-ruhiyyə də çox yaxşıdır. Əsas odur ki, heyət
sağlamdı. Düzdür, Pepenin müəyyən problemləri qalmaqdadır, amma inanıram ki,
oyun saatına kimi o da tam qaydasına düşəcək.
- Rəqib
haqqında yetərincə məlumat toplaya bilmisiniz?
- Azərbaycan yaxşı komandadır. İlk turda İsraillə
heç heçə oynayıblar. Hətta eşitdiyimə görə, qalib də gələ bilərdilər. Sadəcə,
sona yaxın əldə etdikləri imkanlardan istifadə edə bilməyiblər. Ümumiyyətlə,
indi zəif komanda yoxdur. Biz özümüz də Lüksemburqla oyunda bunun şahidi olduq.
- Rəqibə
qarşı hansı taktika ilə oynamaq daha düzgün olardı?
- Taktikanı baş məşqçi müəyyənləşdirir. İnanıram
ki, Bentu ən düzgün olan taktikanı seçəcək. Ümumilikdə isə, evdə oynadığımızdan
təbii ki, hücumda oynamalıyıq.
- Bentu
4-4-3 taktiki sxemi ilə oynayacağınızı deyib...
- Gördüyünüz kimi, hücumda oynayacağıq.
-
Matçın Braqaya təyin olunması haqda nə deyə bilərsən?
- Braqa yaxşı şəhərdi. Buranın gözəl komandası və
stadionu var. Son illər klubu da xeyli inkişaf edib. Bir sözlə, bu şəhəri
futbolşəhəri adlandırmaq olar və əminəm ki, oyun günü tribunalar tam dolu
olacaq.
- Qol
vuracağına söz verirsən?
- Yox, söz vermirəm. Amma söz verirəm ki, əlimə
imkan düşsə, qaçırmayacam.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |