Manuel Skarlatake: “Neftçi” kimi biz də qrup mərhələsinə vəsiqə qazanacağıq”
"Xəzər
Lənkəran"ın rumıniyalı müdafiəçisi Manuel Skarlatakenin müsahibəsi
- Dörd
turdan sonra komandada vəziyyət nə yerdədi?
- Nə deyə bilərəm… Yaxşı oyun sərgiləyirik. Düzdü,
daha çox xal qazana bilərdik. "Rəvan" və "İnter"lə xal
itirməyimiz buna mane oldu. Oyunumuzla nəticə fərqlənir. Bununla belə,
çıxışımızı qənaətbəxş hesab etmək olar.
-
Qayıdışın hələ də maraqla qarşılanır. Nə oldu ki, birdən-birə getdin və birdən-birə
dönməyə razılıq verdin?
- Hər şey çox sadədi. “Xəzər Lənkəran”dan bəzi şəxslərlə,
xüsusilə də prezidentlə söhbətimiz oldu. Mənə dedilər ki, transfer vərəqini
"Dinamo”dan almaq istəyirik, sənin kimi müdafiəçiyə ehtiyacımız var.
“Dinamo” rəhbərliyi ilə bir neçə dəfə görüşüb danışdılar. Tərəflər razılığa gəldikdən
sonra Lənkərana qayıdışım baş tutdu.
-
“Dinamo”da aldığından daha çox pul qarşılığında?
- Düzdü, “Xəzər”in təklif etdiyi müqavilənin şərtləri
daha yaxşıdı. Bunu etiraf edirəm. Ancaq pul barədə danışmaq istəmirəm. Çünki
bu, mənim üçün o qədər də vacib deyil.
- Qayıdışında
Mirça Rednikin rolu oldu? Ümumiyyətlə, yenidən bura gəlməyin üçün sənə məsləhət
verdi?
- Xeyr. Mən Redniklə heç nə danışmamışam. Onun
hazırda Rumıniyada yeni komandası var. “Xəzər Lənkəran” barədə onunla o vaxtdan
söhbətim olmayıb. Nə də Azərbaycana qayıtmağımla bağlı xəbər göndərib.
- Əvvəlki
illərlə müqayisədə “Xəzər”də rumıniyalı futbolçuların sayı azdı. Rednikin
zamanında aşağısı 6-7 həmyerlinlə bir yerdəydin. İndi cəmi iki nəfər qalıb - sən
və Adrian Pit. Darıxmırsan?
- Burda heç də özümü tək-tənha hiss eləmirəm.
Komanda yoldaşlarımla bir-birimizi çox yaxşı başa düşürük. Onların hər biri mənim
üçün doğmadı. Bütün futbolçularla əla münasibətlərim var. İlk gəlişimdə xeyli
dost qazanmışam. Buxarestdə olanda da çoxlarıyla əlaqəmi kəsməmişəm. Hamı tərəfindən
gülərüz qarşılanmışam. Bu isə məni darıxmağa qoymur.
-
Düzünü deyə bilərsən ki, Yunis Hüseynovla Mirça Rednik arasında nə kimi fərq
var?
- Hər biri yaxşı məşqçidi. İkisinin də özünə məxsus oyun üslubu var.
Rednik komandanı başqa taktika ilə hazırlayır, Yunis Hüseynov isə bir başqa.
Hüseynov maraqlı məşqlər keçir, komandanı oyunlara yaxşı hazırlayır. O, həm də
psixoloqdu. Futbolçularla necə danışmağı yaxşı bilir. Hər birimizlə yaxşı
münasibətdədi.
- Köhnə-yeni
komandan Avroliqada inamlı çıxış etmədi. Zəif “Nomme Kalyu”nu keçsəz də,
ortabab “Lex” “sədd”inə ilişdiz. Səncə, Avropada niyə uğur qazana bilmirsiz?
- Hə, cəmi bir mərhələ keçdik, bu da səbəbsiz
deyildi. Çünki rəqib “Lex” idi. Polşa klubu çox güclü rəqibdi. Mənə elə gəlir
ki, buna görə uğursuz çıxış etdik. Lənkərandakı qələbə hesabını qoruyub saxlaya
bilsəydik, Poznana daha rahat gedərdik. Amma alınmadı, səfərdə uduzduq və
Avroliqa ilə vidalaşdıq. İnanıram ki, gələn il bir neçə yeni futbolçu ilə
Avropada uğur qazanacağıq. Ən azından “Neftçi” kimi, biz də qrup mərhələsinə vəsiqə
qazanacağıq.
- Bir il Azərbaycandanda olmadın. Bura
qayıdandan sonra çempionatımızda yeni nə gördün? Premyer Liqada nə dəyişib?
- Ancaq yaxşı şeylər. Yeni futbolçular, yeni komandalar. Futbolun səviyyəsi
bir az da qalxıb. Hər il çempionat xeyli çətinləşir. İddialı klublar yaxşı
transferlər edib, heyətlərini daha da gücləndiriblər. Bu, Azərbaycan futbolu
üçün müsbət haldı. “Neftçi”nin bu uğurundan sonra ümid edirəm ki, hər il 2 və
ya 3 klubunuz avrokubokların qrup mərhələsinə vəsqə qazanacaq. Rəqabət üçün
stumul artıb.
- Bəs əzəli
rəqibinizin son uğuru sizi qıcıqlandırmır?
- Qətiyyən! “Neftçi”nin qrup mərhələsinə düşməsi Azərbaycan futbolu
üçün önəmlidi. Bu, bizi qıcıqlandırmır, əksinə, sevindirir. Çünki “Neftçi” tək
özünü yox, bütün Azərbaycanı təmsil edir. Yaxşı heyəti var. İnanıram ki, bundan
sonra da Avropada yaxşı çıxış edəcəklər.
-
Avroliqanın qrup mərhələsində “İnter”, “Rubin”, “Partizan” kimi ciddi rəqiblərlə
mübarizə aparacaqlar. Bakılıların qrupdan çıxmaq şansları neçə faizdi?
- “Neftçi” yaxşı komandadı. Amma mənə elə gəlir ki, qrupdan çıxmaq şansları elə də çox deyil. Evdə 3 oyun keçirəcəklər. Həmin qarşılaşmalardan xallar götürə bilərlər. Növbəti mərhələyə adlamaq çox çətindi. Lakin dediyim kimi, xal və ya xallar qazanaraq, avrokuboklardakı çıxışını yaxşı təəssüratlarla başa vura bilərlər.
Sport-Favorit
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |