“Neftçi” “xalq komandası” adını əbəs yerə daşımadığını bir daha sübuta yetirdi”
"Neftçi"nin
heyətində 150-dən çox oyun keçirmiş, vurduğu qollarla Flaqmanın qızıl tarixinə
adını yazdırmış veteran futbolçu Səmədağa Şıxlarov 57 yaşını qeyd etdi. Stadium.az
veteran futbolçu ilə “Neftçi”nin rəsmi internet saytında yer alan müsahibəni təqdim
edir:
- Səmədağa
müəllim ilk olaraq sizi ad gününüz münasibətilə təbrik edirik. Elə ilk
sualımızla sizi "Neftçi"də oynadığınız vaxta qaytarmaq istəyirik. Həmin
illəri necə xatırlayırsınız?
- Təbrikinizə görə minnətdaram. Həqiqətən də
sevindirici haldır ki, "Neftçi" rəhbərliyi veteran futbolçuları daim
yada salır və onların yanında olur. "Neftçi" bir ailədir və burada
vaxtilə oynamış hər bir futbolçu özünü bu ailənin sadiq üzvü hesab edir.
Flaqmanın düşərgəsinə gələndə mənim 19 yaşım vardı. O zaman
"Neftçi"nin heyətində bir mövqedə 5-6 futbolçu rəqabət aparırdı. Bir
müddət əvəzedici komandada oynadıqdan sonra əsas heyətə cəlb edildim və burada
möhkəmləndim. Hərbi xidmətdən qayıdandan sonra Rusiya və Ukraynanın bir neçə
klubu mənim xidmətimdə maraqlı olsa da, "Neftçi"ni seçdim. Dediyim
kimi bu komandanın xüsusi abu-havası var. "Neftçi"də çıxış etmək
böyük məsuliyyət, gərgin əmək tələb edir. “Ağ-qara” formanı geyinmək hər bir
futbolçuya nəsib olmur. Əgər mən bu şərəfə nail olmuşamsa deməli xoşbəxtəm.
- Uzun
müddət "Neftçi"nin tarixi uğurları nostalji bir hiss kimi
xatırlanırdı. Amma komandanın avrokuboklarda qazandığı uğur, Flaqmanın tarixi əzəmətini
qaytardı.
- Doğrudan da hamımız darıxmışdıq bu qələbələr
üçün. Son illər görülən işlərin nəticəsi olaraq inanırdıq ki, hər zaman ilklərə
imza atan "Neftçi" bu dəfə də ümidlərimizi doğruldacaq. Tarixi əzəmətini
qaytarmağa gəldikdə isə bu həqiqətən də belədir. "Neftçi"nin ev
oyunlarını izlədim və komandamızın sərgilədiyi futboldan həqiqətən də zövq
aldım. O zamanlar da "Neftçi" hücum xətti ilə seçilirdi və indi də
belədir. Xalq komandası bu adı əbəs yerə daşımadığını bir daha sübuta yetirdi.
- "Neftçi"
tarixi uğur qazanmaqla dünyanın ən güclü klublarından olan İtaliya
"İnter"i ilə eyni qrupa düşdü. Təbii ki, digər rəqiblər
"Rubin" və "Partizan" da Avropada adından söz etdirmiş
komandalardır.
- Bu gün "İnter" kimi səviyyəli klubu Azərbaycana
gətirmək böyük bir nailiyyətdir. Bu təkcə "Neftçi" yox, bütünlükdə
ölkə futbolunun inkişafına xidmət edəcək. Hazırda Flaqmanın heyətində yerli gənc
futbolçular çıxış edir. Onların "İnter"lə matçda meydana çıxması hər
dəfə ələ düşməyən bir imkandır. Onlar özlərini ən yaxşı tərəfdən göstərməlidirlər
çünki bütün Avropanın gözü bu futbolçularda olacaq. Digər rəqibləri də hesabdan
silmək olmaz. "Rubin"in simasında Rusiya futbolu bizə yad deyil.
Vaxtilə bu ölkənin komandalarına qarşı çox oynamışıq və qazandığımız parlaq qələbələr
azarkeşlərin yaddaşından hələ də silinməyib. "Neftçi" qrupdakı rəqiblərlə
layiqli mübarizə aparacaq gücdədir. İnanıram ki, həmin əzəmətini, gücünü
qaytaran komandamız öz qızıl tarixinə hələ çox şanlı səhifə artıracaq.
- Qeyd
etdiyiniz kimi "Neftçi" gənc yerli oyunçulara xüsusi diqqət ayırır.
Özünüz də aşağı yaş qrupları üzrə komandalarda məşqçi işləyirsiniz. Yəqin ki,
Flaqmanın uşaq futbolunun inkişafı istiqamətində gördüyü işləri yaxından izləyirsiniz.
- Şübhəsiz ki, futbolun inkişafı uşaq futbolunun vəziyyətindən
asılıdır. Bu gün "Neftçi"nin aşağı yaş qrupları üzrə komandaları
müvafiq çempionatlarda uğurla çıxış edir. Seleksiya işi və gənclərlə iş yüksək
səviyyədə qurulub. "Neftçi" məktəbində hər zaman böyük rəqabət olub.
Təsüdüfi deyil ki, komanda rəhbərliyinin müəyyənləşdirdiyi strategiya uşaq və gənc
futbolçuların inkişafını rəhbər tutur. Biz bunun faydasını birdən-birə görə
bilmərik. Bir neçə il keçəcək və "Neftçi" Azərbaycan futboluna böyük
adlar, simalar bəxş edəcək.
Müsahibənin
sonunda Səmədağa Şıxlarova APOEL ilə oyundakı tarixi qələbənin oyun forması hədiyyə
olunub.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |