"Həm “Bakı” ilə, həm də “Turan”la oyunum pis alınmadı"
- Asif, ilk növbədə “Simurq”a gəlməyin haqqında danışaq. Necə oldu ki, komandamıza keçidin baş tutdu?
- Bura gəlməmişdən əvvəl keçmiş klubumun rəhbərliyi, baş məşqçisi ilə müzakirələr apardım və onları razılığın aldım. Orada yaxşı təlim-məşq toplanışları keçdim və oynamağa hazır idim. İki klubunda ortaq razılığından sonra “Simurq”a keçidim baş tutdu.
- Komandaya uyğunlaşmağın çətin olmadı?
- Deyərdim ki, elə də çətin olmadı. Çünki buradakı uşaqların əksəriyyətini əvvəlcədən tanıyırdım. Bir çoxu ilə birlikdə oynamışam. Baş məşqçimizdə bir vaxtlar keçmiş klubum “İnter”də işləyib. Oradan tanışlığım var idi. Bu baxımdan “Simurq”da çətinliyim olmadı. Həm də Zaqatala mənim üçün bir baxımdan yaxşı oldu ki, məşq etməyə əlavə vaxtım olur. Hazırlıqlardan sonra qalıb, üzərimdə işləyə bilirəm.
- “Simurq”a transfer olan günün səhərisi əsas heyətdə meydana çıxdın. Bəs, bu səndə nəsə çətinlik yaratmadı? Əsas heyətdəki mövqeyini qorumağa çalışırsanmı?
- Məşqçimiz çox sağ olsun. Mənə güvəndi və əsas heyətdə şans verdi. Deyərdim ki, həm “Bakı” ilə, həm də “Turan”la oyunum pis alınmadı. Əlbəttə ki, yerimi qorumaq üçün çox çalışıram. Bilirəm ki, hazırlıq prosesində artırmasam, kimsə məşq edib məni keçə bilər. Komandada güclü rəqabət var. Mən də hər gün məşqlərdə daha çox çalışıram ki, komandadakı yerimi qoruya bilim.
- Gürcüstan toplanışı necə gedir?
- Yaxşı məşqlər keçirik. Hazırlıq prosesimiz yüksək səviyyədə təşkil olunub. Bizdə bunu futbolçular olaraq dəyərləndirib, zəif cəhətlərimizi aradan qaldırmağa çalışırıq. Hələ ki, hər şey qaydasındadır. İnanıram ki, sona qədər də belə davam edəcək.
- “Xəzər Lənkəran”la oyunun təxirə salınması komandanın oyununa təsir göstərərmi?
- Məncə bu bizim oyunumuza o qədər də təsir göstərməyəcək. Çünki qarşılaşmalara hazırlaşmaq üçün əlavə vaxt qazandıq. Bu da matçlarda özümüzü yaxşı tərəfdən göstərmək və qələbə qazanmaq üçün çox kömək edəcək.
- Fasilədən sonra ilk oyunumuzu “Rəvan”ladır. Bu komandanını necə dəyərləndirərdin?
- “Rəvan” yaxşı komandadır. Fikrimcə zəif rəqib deyil. Ən azından nəticələrinə diqqət yetirsək bunu görə bilərik. Son turda “Qarabağ”la heç-heçə etdi. Hər oyuna hazırlaşdığımız kimi, bu qarşılaşmaya da ciddi hazırlaşırıq.
- Komandamız cari mövsümdə qarşıya qoyulan məqsədə çatmaq gücünə malikdirmi?
- Əlbəttə, heyətdə olan hər bir futbolçu yaxşı bilir ki, “Simurq” bu mövsüm ilk “altılıq”a mütləq düşməlidir. İnanıram ki, biz buna nail olacayıq. Çox mehriban kollektivimiz var. Heyətdə həm təcrübəli, həm cavan yaxşı oyunçularımız var.
- Zaqatala azərkeşləri haqqında nə deyə bilərsən?
- Onlarla münasibətlərim çox yaxşıdır. Çox sağ olsunlar ki, komandaya yeni gələn hər bir futbolçu kimi, məni də yaxşı qəbul etdilər. Bizdə çalışacayıq ki, qarşıdakı turlarda onları daha çox sevindirək. Azərkeşlərimizin bizə olan inamını itirməyək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |