Saşa Stamenkoviç: “Biz qrupa düşə bilərik”
"Neftçi"nin
xorvatiyalı qapıçısı Saşa Stamenkoviçin müsahibəsi
-
APOEL-lə Bakıda baş tutan və 1:1 hesabı ilə başa çatan oyun barədə fikirlərini
bilmək istərdik.
- Bu oyunda da göstərdik ki, qrupa düşə bilərik.
Yaxşı oynadıq. Üstünlük, deyərdim ki, bizim tərəfimizdəydi. Bəlkə də heç bir
oyunda bu qədər qol imkanımız olmamışdı. APOEL-i fərqli hesabla məğlub edə bilərdik,
əgər həmin fürsətlərdən istifadə edə bilsəydik. Oyunun əvvəlində iki qol
epizodumuz oldu. Bu cür oyunlarda hər ələ düşən fürsətdən istifadə etmək
lazımdı. Ancaq bunu bacara bilmədik.
- Həlledici
məqamlarda zərbə mövqeyinə çıxanlara nəsə mane olurdu. Nədi bu "nəsə"?
- Bunu bəxtlə bağlayardım. Mirhüseyn Seyidovun
vurduğu zərbəni müdafiəçi qapı xəttinin üstündən çıxardı. Hələ bir neçə dəfə də
yaxın məsafədən komanda yoldaşlarım "çərçivə"yə düşə bilmədi. Nəsə
son vaxtlar bizimki gətirmir. Xüsusilə də avrkuboklarda. Bu qədər epizod olsun,
sonda qələbə qazana bilməyəsən... Belə şeylər futbolu gözəlləşdirirsə, bizi də
üzür.
-
Ümumiyyətlə, bizim klublarda belə bir xəstəlik var. Oyunun sonunda hesabı açsaz
da, qol üstünlüyünüz cəmi 1 dəqiqə sürdü…
- Deyərdim ki, bir qədər arxayınlaşdıq. Sona doğru
artıq qələbə qazanacağımıza əmin idik. Bu rahatçılıq, əminlik bizi yıxdı. Sözün
əsl mənasında. Hətta mən arxadan qışqırırdım ki, boşalmayın. Çünki rəqibin
hücumda təzyiqi artıracağını görürdüm. Ona görə də müdafiədə boşluqların
olmamasını komanda yoldaşlarıma tövsiyə edirdim. Ani bir anlaşılmazlıqda
kiprlilər bərabərlik qolunu vurdu.
-
Futbolçularınız həmin qolda sənin səhvinin olduğunu deyir. O topu çıxara bilərdin?
- Səhvin ancaq məndə olduğunu deməzdim. Bertuççi də
topa çıxmışdı və mən onun topu buraxmasını istədim. Ancaq top Bertuççinin ayağına
dəyib səmtini dəyişdi, mən də çatdıra bilmədim. Çünki artıq mövqeyimi
itirmişdim. Rəqib də bundan istifadə etdi.
- Həmin
topu yumruqlarınla uzaqlaşdıra bilməzdin?
- Hardasa gecikdim. Futbolda hər şey ani olur. Mən
də səhv etdiyimi boynuma alıram. Burda müdafiəçi ilə aramızda anlaşılmazlıq
yarandı. Kaş Bertuççiyə imkan verməyib o topu uzaqlaşdırardım. Vurulan qolda tək
mən deyil, hamımızın səhvi var. Ümumiyyətlə, qol vurandan sonra
boşalmamalıydıq. Arxayınçılığın qurbanı olduq.
-
Böyükağa Hacıyev matç başa çatan kimi üstünə gələrək nəsə deyirdi. Sənə
yaxınlaşıb vurmaq istəyirdi?
- O, baş məşqçidi, istədiyini deyə bilər. Çünki səhv
ona da pis təsir etmişdi. Hər halda qələbə qazanmalı olduğumuz oyunu bu tərzdə
bitirməməliydik. Hacıyevlə söz-söhbətimi unutmuşam. Öz aramızda olan bu məsələni
müzakirə edib yoluna qoyduq. O da başa düşdü ki, mən bunu bilərəkdən etməmişəm.
Sadəcə, arada anlaşılmazlıq baş verib. Hacıyev mənə başa saldı ki, belə
oyunlarda bir səhv komandanın əleyhinə işləyir. O dedi, mən də qəbul etdim. Yenə
deyirəm, baş məşqçi bu səhvə görə tək məndən yox, müdafiəçilərdən də hesab
souşdu.
- Bu səhvdən
sonra ruhdan düşməmisən?
- Hələ ki özümə gəlməyə çalışıram. Ona görə də
"Qarabağ" - "Rəvan" oyununa getdim ki, könlüm açılsın.
Komanda yoldaşlarım dəstəklərini əsirgəmirlər. Onlar məni daha yaxşı başa
düşürlər. Çünki futbolda belə səhvlər olur.
-
Qorxmursan ki, bu səhvdən sonra sən də Rauf Mehdiyev kimi əsas heyətdə yerini
ititrərsən?
- Mən səhvimi başa düşdüm. Artıq komandadan
gedib-getməyəcəyim isə rəhbərliyin və baş məşqçinin ixtiyarına qalır. Düzü,
matçdan sonra bir müddət özümə gələ bilmədim. Bu, məni üzür. Ancaq gəlin bunu
da tək mənim ayağıma yazmayın. Hansı qapıçı istəyər ki, qələbəni əldən versin?
Onsuz da "Hapoel"lə o uğursuzluqdan sonra bu oyuna köklənmişdik.
Bütün gücümüzü də bu oyuna qoyduq ki, nəsə edək. Hər bir insanın həyatda səhvi
olur. Bu səhv də karyeramda ən acı doğuran bir hadisəydi. Yəqin ki, xeyli müddət
yadımdan çıxmayacaq.
- Klub
rəhbərliyi buna görə səni cəzalandırdı?
- Bu barədə heç nə deyə bilmərəm. Mən cəzamı çəkməyə
hazıram. Onsuz da bu ağrı-acını və cəzanı ürəyimdə çəkirəm. Yəqin ki, onlar məni
yaxşı başa düşərlər. Bununla bağlı hələ heç nə deyə bilmərəm.
-
Kiprdə cavab oyununa çıxacaqsınız. Ümid edirsən ki, şansınız var?
- APOEL güclü rəqibdi. Nəzərə al ki, burda istədikləri
oyunu göstərə bilmədilər. Belə deyək, biz onlara imkan vermədik. Kiprdə də belə
oynasaq, mərhələ adlayan tərəf olacağıq. Hələ heç nə itirlməyib. Əsasən bu
psixoloji durumu üstümüzdən atıb, səfərə ciddi hazırlaşmalıyıq. Biz orda da
layiqli oyun göstərmək istəyərdik. Nikosiyada hesab açılmasa, Bakıdakı nəticə
onları qrupa aparsa, bu, məni üzəcək. Ancaq ilk növbədə çalışmalıyıq ki, biz
qol vuraq, hesabı erkən açaq. Ondan sonra nəyin bahasına olursa-olsun qələbəni
qoruyub saxlayacağıq. Burdakı səhvimizi çıxmaq şərtiylə o oyunu göstərə bilsək,
qrupa düşmək olar.
-
APOEL iki aparıcı üzvünü bura gətirməmişdi. Kiprlilər evdə başqa cür
oynamayacaqlar? Yəni, fikirləşirsən ki, "Dalğa"dakı oyunu sərgiləyəcəklər?
- Sözsüz ki, kiprlilərin hədəfi evdə bizə qalib gəlməkdi.
APOEL Çempionlar Liqası və Avroliqanın qrup mərhələsində çıxış edən klubdu. Əlbəttə
ki, ilk oyundan nəticə çıxarıb evdə başqa cür oynayacaqlar. Nə qədər çətin olsa
da, bu rəqibi keçə bilərik. Xüsusilə də Bakıda qələbə qazansaydıq, səfərdə sərfəli
hesabı qoruya bilərdik. İlk dəfəydi ki, əlimizə belə şans düşürdü.
Sport Favorit
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |