Rauf Əliyev: “Bu mövsüm “Qarabağ” çox iddialıdır”
"Qarabağ”ın hücumçusu Rauf Əliyevin Premyer Liqada "Sumqayıt”a qarşı keçiriləcək oyun ərəfəsində Qarabaghfan.com saytına müsahibəsi
- Ötən
mövsüm "Qarabağ” "Sumqayıt”la oyunlarda beş xal itirdi. Növbəti
sensasiyanın təkraralana biləcəyi sizi narahat etmir?
- Futbolda gözlənilməz nəticələr çox olur. Biz də
bunu bilərək qarşılaşmaya ciddi hazırlaşmışıq. Əlimizdən gələni etməliyik ki,
sensasiya baş verməsin.
- Rəqibiniz
"Qarabağ” kimi ilk iki turda dörd xal qazanıb. Necə düşünürsən, keçən
mövsümkü "Sumqayıt” güclü idi, yoxsa hazırkı?
- Heyətinin çoxunu gənclər təşkil edir. Lakin bu
futbolçuların yaxşı potensialı var. "Sumqayıt” bəzi legionerləri də
transfer edib. Bu mövsüm daha yaxşı təsir
bağışlayırlar. Çempionatın iddialı komandalarından olan AZAL-a məğlub
olmamaları, "Turan”a səfərdə qalib gəlmələri dediklərimə sübutdur.
-
"Sumqayıt”la matçda qələbə şanslarınız nə qədərdir?
- Biz yalnız üç xal haqda düşünürük. Bu mövsüm
"Qarabağ” çox iddialıdır. Hər oyunda maksimum xal götürməyə çalışırıq..
- Keçən
tur "Neftçi”ylə oyunda yarımmüdafiəçi Əfran İsmayılov hücumçu kimi oynadı.
Əfran yeni mövqeyində sənə necə təsir bağışladı?
- Pis təsir bağışlamadı. Daim rəqibi təzyiq altında
saxlamağı bacarırdı. Ola bilsin, növbəti oyunlarda daha yaxşı çıxış edəcək.
- Sənə
Türkiyədən təklif gəlmişdi. Hazırda məsələ nə yerdədir?
- Bu, çox şişirdildi. Belə götürəndə elə də konkret
bir şey yox idi. Artıq həmin məsələ bağlanıb.
- Keçən
mövsüm çox zəif təsir bağışladın. Bəs, bu çempionatda necə olacaq?
- Çox istəyirəm ki, yaxşı nəticə göstərəm. Əlimdən
gələni edəcəyəm ki, komandanın qələbələrində pay sahiblərindən olum. Bacardığım qədər çalışacağam ki, çox qol
vurum.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |