Foqts yenə öz ampulasındadır: “Güləş futboldan asandır”
Milli komandamızın baş məşqçisi Berti Foqts bu gün keçirdiyi mətbuat konfransında maraqlı açıqlamala səsləndirib. Stadium.az xəbər verir ki, futbolun komanda idman növü olduğunu deyən alman mütəxəssis idmançılarımızın böyük uğur qazandığı güləşə söz atmağa da imkan tapıb: “Mənim üçün əsas komandadır. Çünki futbol komanda idman növüdür. 11 futbolçu qələbə qazanmağa çalışmalıdır. Eqoist adama futbol oynamaq çətindir. Futbol çox çətin bir idman növüdür. Güləş ondan asandır”.
Alman mütəxəssis Cavid Hüseynovu yığmaya qaytarmağına
belə aydınlıq gətirib: “Cavidin oyununu bir neçə aydır görmürəm. İndi onun
hansı səviyyədə olduğunu görmək istəyirəm. Bunu özüm istəmişəm. Bu, təkcə Cavidə
yox, bütün futbolçulara aiddir ki, həmişə onları yoxlamaq istəyirik. Futbolçu
xaricdə oynayanda, özünəinamı güclü olur. Mən Almaniya yığmasını rəhbərlik edəndə
9 futbolçumuz İtaliyada oynayırdı. Onlarda özünəinam hiss olunurdu. Hazırda bir
sıra futbolçularımız xaricdə oynayır. Bu, çox yaxşıdır. Dağıstanda anadan olan
2 futbolçu milli komandada oynamağa görə pul istəmişdi. Bununla razılaşmayıb,
imkan verməmişdim. Azərbaycanlı futbolçular burda yaxşı qazandıqlarından, xaricə
getmək istəmirlər. Deyirlər ki, elə evimdə oturub, yaxşı pul qazanıram. Elə
futbolçu var ki, milliyə qayıtmaq üçün icarədə oynadığı komandadan müqavilə ilə
məxsus olduğu klubuna qayıdır. Ancaq baş məşqçi 2 turdur onu meydana buraxmır.
Sizcə, bu, düzgündür? Mən həmin baş məşqçiyə zəng edib, bunu soruşmuşdum. Həmin
futbolçunun adını çəkməyəcəyəm. O, az pula başqa klubda oynayırdı”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |