AZAL, "Sumqayıt" və "Qarabağ" qələbə qazandı YENİLƏNİB
Bu gün keçiriləcək 3 oyunla Premyer Liqada ikinci
tura yekun vurulacaq. Stadium.az xəbər verir ki, ikinci oyun günündə baş tutacaq
qarşılaşmalardan ikisi paytaxtda, biri isə Tovuzda keçiriləcək. Mövsümə xal itkisi
ilə başlayan AZAL “Rəvan”ı qəbul edəcək. Qarşısına minimum “ilk altılığ”a vəsiqə
qazanmaq tapşırığı qoyan “təyyarəçilər” bu görüşə yalnız 3 xal üçün çıxacaqlar.
Bu dəfə də qələbəyə həsrət qalacağı halda AZAL-ın çıxışı ilə iddiası üst-üstə
düşməyəcək. “Rəvan” isə “Xəzər Lənkəran”la görüşdəki heç-heçənin təsadüf
olmadığını sübuta yetirməyə çalışacaq.
Ötən mövsümün autsayderləri Tovuzda üz-üzə gələcəklər.
Keçənilki uğursuzluğa baxmayaraq, hər iki kollektiv yeni mövsümə yaxşı start
verib. Tovuzlular ilk turda 3 xala sevinən yeganə komanda olubsa, “Sumqayıt”
iddialılardan olan AZAL-ı büdrədib.
Günün son matçını turun mərkəzi görüşü adlandırmaq
olar. “Qarabağ” son iki ilin dəyişməz çempionu “Neftçi”ni qəbul edəcək. Matçın
gərgin və amansız mübarizə şəraitində keçəcəyi şübhə doğurmur. Hər iki komanda
mövsümdə ilk qələbəsini qazanmağa çalışacaq.
"Qarabağ" - "Neftçi" 1:0
Qol: Qara Qarayev 42
“Dalğa Arena” stadionu
Hakimlər:
Əliyar
Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Anar Salmanov
"Qarabağ": 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli
"Turan" - "Sumqayıt" 0:1
Qol: Ruslan Qurbanov 65 (p)
Qırmızı vərəqə: Uğur Pamuk 33 ("Sumqayıt")
Tovuz şəhər stadionu
Hakimlər: Elvin Əsgərov, Zeynal Zeynalov, Elşən Acalov, Tahir Əhmədov
“Turan”: 28. Mikayıl Yusifov, 3. Ante Zuzak, 4. Levan Çxetiani, 6. Mikayıl Rəhimov, 7. Azər Məmmədov, 8. Budaq Nəsirov, 9. Murad Ağakişiyev, 10. Hafiz Əliyev (k), 11. Qoqi Pipia, 17. Fərmayıl Əliyev, 21. Antonio Rukavina
Ehtiyat oyunçular: 27. Natiq Sərhətov, 2. Hüseyn İsgəndərov, 5. Sergey Çernışev, 13. Bayram Kərimov, 15. Rəşad Piriyev, 18. Seymur Tağıyev, 19. Asəf Qədiri
“Sumqayıt”: 1. Səlahət Ağayev, 3. Aftandil Hacıyev, 22. Slavik Alxasov, 4. Samir Abbasov (k), 5. Murat Doymuş, 7. Fərcad-Azad Pərdis, 9. Orxan Əliyev, 10. Ceyhun Sultanov, 13. Murad Ağayev, 76. Uğur Pamuk, 91. Ruslan Qurbanov
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 2.Atam Məhəmməd Əli, 6. Tamer Taktak, 17. Emin Cəfərquliyev, 21. Məhəmməd Mirzəbəyov, 27. Ramil Həşimzadə, 95. Murad Hüseynov
AZAL - "Rəvan" 3:1
Qollar: Junior Nildo 3, Zohair Benuahi 68; 69 - Juan Varela 72
“AZAL Arena” stadionu
Hakimlər: Elçin Məmmədov, Knyaz Əmiraslanov, Namiq Hüseynov, Ramil Əhmədov
AZAL: 1. Amil Ağacanov, 2. Juan Fransisko, 3. Usim Nduka (k), 4. Xose Junior Aylton, 15. Oskar Klyava, 6. Taqim Novruzov, 7. Cavid Tağıyev, 17. Viktor İbekoyi, 11. Zohair Benuahi, 28. Artur Patras, 16. Junior Nildo
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 20. Branislav Arseniyeviç, 22. Ruslan Tağızadə, 24. Ruslan Zubkov, 10. Tərlan Xəlilov, 99. Orxan Həsənov, 37. Andrius Veliçka
“Rəvan”: 1. Lukaş Sapela, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç, 8. Tural Axundov, 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varela, 17. Emin İbrahimov, 18. Samuel Barlay, 19. Hüseyn Axundov, 23. Sallieu Bundu, 26. Frensis Bosman
Ehtiyat oyunçular: 12. Davud Kərimi, 5. Nikolay Orlovski, 7. Elvin Musazadə, 16. Orxan Lalayev, 20. Kristian Torres, 22. Tofiq Mikayılov, 28. Amid Quluzadə
Xatırladaq ki, II turun ilk oyunlarında bu nəticələr qeydə alınıb:
“Qəbələ” - “İnter” 1:0
“Bakı” - “Simurq” 0:0
“Xəzər Lənkəran” - “Kəpəz” 4:0
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |