Kamran Ağayev od püskürüb, Mayk Taysondan misal çəkdi
Kamran Ağayev növbəti dəfə “Xəzər Lənkəran” tərəfindən
transferə çıxarılmasından narazılığını ifadə edib. Stadium.az xəbər verir ki,
Kamran “Futbol+”a verdiyi açıqlamada cənub klubunun rəhbərliyini qeyri-peşəkarlıqda
günahlandırıb: “Heç gözləmirdim ki, çempionatın startına bir neçə gün qalmış məni
heyətdən kənarlaşdırarlar. Bu, klub rəhbərliyinin qeyri-peşəkarlığıdır. Məni
komandada görmək istəmirdirlərsə, nəyə görə mövsüm başa çatan kimi yeni müqavilə
imzaladılar? Buraxardılar, gedib başqa klubla anlaşardım. Bir çoxları mənimlə
maraqlanırdı. İndi həmin klublar da özlərinə qapıçı tapıblar”.
Ardınca K.Ağayev “Xəzər Lənkəran”ın qapıçılarla işləyən
məşqçisi haqda sərt ittihamlar səsləndirib: “Bəziləri söyləyir ki, Kamran əvvəlki
formasından uzaqdır. Mən nə edim ki, klubun qapıçılarla işləyən məşqçisi zəifdir.
Məşqçi normal məşq keçmirsə, futbolçu nə edə bilər? Nə vaxta kimi başqa-başqa
mütəxəssislərdən proqram alıb, onun əsasında fərdi məşqlər edəcəyəm? Yaxşısı
budur ki, arxamca danışanlar belə nüansları nəzərə alsınlar”.
Təcrübəli qolkiper ad çəkməsə də, bir çoxlarından
gileylənib: “Bəzən futbolda elə şeylərlə rastlaşırsan ki, hər şeyə tüpürüb,
getmək istəyirsən. Bəs kişilik harda qaldı? Taysonun yaxşı sözləri var: “Sən
qalxanda dostlar, tanışlar da bilir ki, sən kimsən. Sən düşəndə özün bilirsən
ki, ətrafındakılar kimdir”. “Xəzər Lənkəran” mənim üçün çox böyük məktəb oldu.
Bir çox insanların necə maskalandığının şahidi oldum”.
|
||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |